Sulu qar, qar yağır .....                        Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO .....                        Tehranda heç bir səfirlik bağlanmayıb - İran XİN .....                        Karapetyan ev dustaqlığına köçürüldü .....                        Suriya ordusu strateji Fərat bəndini ələ keçirdi .....                        Avtomobil və motosiklet oğurlayan şəxslər saxlanıldılar .....                        Qar Ağsu aşırımında nəqliyyatın hərəkətini iflic etdi .....                        Sabunçuda 10 kiloqrama yaxın narkotik dövriyyədən çıxarıldı .....                        İraqın XİN başçısı İrana getdi .....                       
Tarix : 23-01-2019, 07:52
Xalq artisti Hacı İsmayılovun 75 illiyi qeyd olunub

Yanvarın 22-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində xorvat yazıçısı Miro Havranın pyesi əsasında səhnələşdirilmiş “Qəribə, çox qəribə əhvalat” tamaşası növbəti dəfə təqdim olunub.
Butov.az-ın Trend-ə istinadən məlumatına görə, görkəmli aktyor 75 yaşını doğma teatrda, yarım əsrə yaxındır fəaliyyət göstərdiyi sənət ocağında tamaşaçılar qarşısında qeyd edib. Tamaşanı seyr edənlər arasında Prezident Administrasiyası Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Əbülfəs Qarayev, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, teatrın bədii rəhbəri-direktoru Azərpaşa Nemətov, yubilyarın sənət dostları, sənətsevərlər olub.
Tamaşadan sonra Azərbaycan Teatr Xadimləri İttifaqının sədri adından yubilyara təbrik məktubu və hədiyyə təqdim olunub.
Həmçinin sənətkara yubileyi münasibətilə mədəniyyət naziri Əbülfəs Qarayevin təbrik məktubu təqdim edilib.
Naziri Əbülfəs Qarayev Hacı İsmayılovu 75 illiyi münasibətilə təbrik edərək Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 21-də sənətkarın “Şöhrət” ordeni ilə təltif olunması haqqında sərəncam imzaladığını diqqətə çatdırıb: “Biz sevinirik ki, görkəmli aktyorumuz 75 illik yubileyində səhnədə, tamaşaçıların qarşısındadır”. Nazir sənətkara möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları arzulayıb.
Hacı İsmayılov 1944-cü il yanvarın 22-də Bakıda doğulub. Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib. 1968-ci ildə Sumqayıt Dövlət Dram Teatrında fəaliyyətə başlayıb. 1970-ci ildən Akademik Milli Dram Teatrında çalışır. Ötən illərdə bu teatrın səhnəsində tamaşaçı rəğbəti qazanan onlarla xarakterik obraz yaradıb. Aktyorun 1977-ci ildə kinorejissor Rasim Ocaqovun ekranlaşdırdığı “Ad günü” filmində yaratdığı Mustafa obrazı ona geniş şöhrət qazandırıb. Sonrakı illərdə sənətkar bir çox filmlərdə, televiziya tamaşalarında yaddaqalan rollar oynayıb. Hacı İsmayılov 1989-cu ildə respublikanın Əməkdar artist, 2000-ci ildə Xalq artisti fəxri adına layiq görülüb. Prezident təqaüdçüsüdür.
Xalq artisti Hacı İsmayılovun 75 illiyi qeyd olunub


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!