İlham Əliyev Paşinyanla da bir araya gəlib .....                        Qrenlandiya danışıqlara hazırdır .....                        İspaniya deputatları Bakıya gəldilər .....                        Kamran Əsədovun qaynı ona təzyiq edirmiş .....                        Cənubi Qafqaz Rusiyadan uzaqlaşır .....                        Rus diplomat bu ölkədən qovuldu .....                        Növbəti üçtərəfli görüş bu ölkədə keçiriləcək .....                        Ərdoğan Pezeşkianla İrandakı vəziyyəti müzakirə etdi .....                        Prezidentin ailəsi Trampla birgə - FOTO .....                       
Tarix : 13-04-2017, 18:05
Mərhum aktyor Ramiz Sərkərov anıldı…

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında istedadlı aktyor, mərhum Ramiz Sərkərovun anım günü keçirilib. Butov.az Modern.az-a istinadən xəbər verir ki, vəfatının 10-cu ildönümü münasibətilə teatrın kiçik səhnəsində baş tutan tədbirdə aktyorun ailə üzvləri, yaxınları, sənət dostları, teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov, Xalq artistləri Vaqif Əsədov, Ağaxan Salmanlı, Yasin Qarayev, teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, Əməkdar artist Şəfəq Əliyeva, aktyorlar Natiq Fərzəliyev, Mehriban Abdullayeva, Elnur Hüseynov çıxış edərək mərhum haqqında xatirələrini bölüşüblər. Ramiz Sərkərovun sevə-sevə ifa etdiyi tamaşalardakı geyimləri, qrim masasının, sevdiyi əşyalarının yerləşdirildiyi səhnədə aktyorun canlandırdığı rolları, onun müsbət insani keyfiyyətləri haqqında sənət dostları yaddaqalan əhvalatlar danışıblar.

Aktyorun ifa etdiyi tamaşalardan və televiziya filmlərindən video görüntülərin nümayiş etdirildiyi mərasimində teatrın aktyoru, Kalmıkiya Respublikasının Əməkdar Artisti İlham Əsədov R.Sərkərovun sevdiyi mahnıları səsləndirib.

Sonda sənətkarın qardaşı Şahin Sərkərov çıxış edərək tədbirin keçirilməsində əməyi keçən hər kəsə, xüsusən teatrın direktoru M.Həmidova öz minnətdarlığını bildirib.

Məlumat üçün bildirək ki, Ramiz Beqay oğlu Sərkərov 3 iyul 1959-cu ildə Qax rayonunda anadan olub. 1987-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. 1980-ci ildən Gənc Tamaşaçılar Teatrında işləməyə başlayıb. Əvvəlcə texniki vəzifələrdə çalışan R.Sərkərov sonralar aktyor kimi fəaliyyət göstərib və müxtəlif maraqlı obrazlar yaradıb.

R.Sərkərov Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində İsa (Açıl, bənövşəm açıl” İ.Coşğun), Kamil (“Ərizə” Ə.Əmirli), Aktyor (“Cəza” Ə.Əmirli), Eldəniz (“Mağara” A.Həsənzadə), Sarıköynək (“Sarıköynək günəşi necə gətirdi?” N.Qocaoğlu), Süleyman paşa (“Mahmud və Məryəm” Elçin), A.M.Şərifzadə (“Ölüm hokum” Elçin), Qara div (“Ağ div və qara div” Ə.səmədli), Vahan (“Yaddaş ağrısı” H.Mirələmov), Şair Əmiri (“Molla Nəsrəddin və Əmir Teymurun filləri” Əjdər Ol), Ksanf (“Ezop” G.Fiqeyredo), Hüseyn dayı (“Mustafa” O.Asena), Sərkis (“Hacı Qara” M.F.Axundzadə), Padşah (“Danışan gəlincik” A.Şaiq) kimi olduqca yaddaqalan obrazlarlar canlandırıb.

R.Sərkərov həm də bir sıra filmlərdə canlandırdığı maraqlı rolları ilə tamaşaçıların yaddaşında qalıb.
O, 7 aprel 2007-ci ildə vəfat edib.


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!