Savaş və bölgəmizin taleyi .....                        “Toyunda hədələdi, sonra da öldürdü” - Faciəvi qətlin detalları .....                        İran ABŞ-nin 48 saatlıq atəşkəs təklifini rədd edib .....                        Təyyarə yaşayış binasına çırpıldı .....                        Sumqayıtda qardaş qardaşı bıçaqladı .....                        Türkiyə və Azərbaycan hərbçilərinin təlimi keçirilib .....                        Son 10 mövsümün tamaşaçı rekordu .....                        Əfqanıstanda güclü zəlzələ oldu .....                        “Zirə” Azərbaycan çempionu oldu .....                       
Tarix : 5-03-2021, 15:42
“Nizami Gəncəvi 880 – dünya mədəniyyətinə verdiyi töhfələr” mövzusunda veb-konfrans təşkil olunacaq

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) “Nizami Gəncəvi İli” çərçivəsində dünya şöhrətli ədib və mütəfəkkirin möhtəşəm ədəbi-poetik xəzinəsinin, zəngin mədəni və fəlsəfi irsinin tədqiqi və təbliğinə töhfə vermək, eləcə də Azərbaycan mədəniyyətinin beynəlxalq auditoriyaya geniş təbliği məqsədilə Beynəlxalq Türk Akademiyası ilə birlikdə martın 9-da müştərək veb-konfrans təşkil edəcək.
Butov.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Nizami Gəncəvi-880 dünya mədəniyyətinə verdiyi töhfələr” mövzusuna həsr olunmuş toplantıda ICESCO-nun sabiq baş direktoru Abdulaziz Altvaijri, İslam Əməkdaşlıq Təşkilatının sabiq Baş katibi Ekmeleddin İhsanoğlu, Beynəlxalq Türk Akademiyasının prezidenti Darhan Kıdıralı, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi Rövşən Muradov və Nazarbayev Universitetinin Qazax dilləri və türk araşdırma mərkəzinin sədri Uli Şamiloğlu dahi mütəfəkkirin önəmli tarixi rolu, onun mədəni irsi və bir sıra digər mövzularda çıxış edəcəklər.
O cümlədən NGMB-nin Həmsədri İsmail Serageldin, Mavritaniyanın sabiq prezidenti Əminə Qurib-Fakim, Qırğızıstanın sabiq Baş naziri Comart Otorbayev, Ekvadorun sabiq prezidenti Rosalia Arteaqo və Azərbaycan Respublikası Milli Məclisinin deputatı Qənirə Paşayevanın iştirakı ilə “Nizami və 2021-ci ilin dünyası” mövzusu müzakirə ediləcək.
Mərkəz, həmçinin Moldova, Ukrayna, Latviya, Bosniya və Herseqovina, ABŞ da daxil olmaqla, bir sıra xarici ölkələrdə Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr olunmuş toplantılar keçirməyi planlaşdırır.


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!