Prezident Ursula fon der Lyayeni təbrik etdi .....                        Liftlərdə uşaqlara zorakılıq edən manyak kameraya düşdü - Həbs edildi .....                        Nigar harda olsa Azərbaycan üçün yaşayacaq .....                        Prezident seçkilərinin I turunun nəticələri ləğv edildi .....                        Ərdoğandan şok açıqlama: "İdlib, Hama, Hums və hədəf təbii ki, Dəməşqdir!” .....                        Şəki məktəbində bədbəxt hadisə: müəllim və şagirdlər yaralandı .....                        Bakıda Qərbi Azərbaycan parkı yaradılır .....                        Bakıda bu küçəsindəki avtobus zolağı ilə bağlı YENİLİK .....                        Baydenin Qafqaz üzrə baş müşaviri Bakıya gəldi .....                       
Tarix : 25-10-2016, 20:16
Yunanıstan Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərini qəbul edib


Yunanıstan Prezidenti Prokopis Pavlopulos Afinada səfərdə olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyətini qəbul edib.

Butov.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəbulda Mərkəzin İdarə Heyətinin üzvü, Dövlət Komitəsinin sədri Nazim İbrahimovu, Mərkəzin üzvü, Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü Elsa Papadimitrio və Mərkəzin Baş katibi Rövşən Muradov iştirak edib.

Qəbulda bir sıra beynəlxalq və regional məsələlərlə yanaşı, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti və 2017-ci ilin martında keçiriləcək V Qlobal Bakı Forumu ilə əlaqədar geniş fikir mübadiləsi aparılb. Prezident Prokopis Pavlopulosa Mərkəzin fəaliyyəti, həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib.

Qeyd olunub ki, təşkilat Azərbaycan mədəniyyətinin, tarixinin, elmi-ədəbi irsinin dünyaya çatdırılmasında, həmçinin beynəlxalq səviyyədə mədəniyyətlərarası və millətlərarası dialoqun inkişafında böyük rol oynayır. İdarə Heyətində dünyanın tanınmış siyasi xadimləri və şəxsiyyətlərinin təmsil olunduğu Mərkəz bu liderləri bir araya gətirməklə, onların diqqət və fəaliyyətini Azərbaycanın mədəni həyatına yönəldib. Onlar Azərbaycan mədəniyyəti, dini və milli tolerantlığı, zəngin və qədim dövlətçilik, birgəyaşayış və humanizm ənənələri ilə bağlı faktları bütün dünyaya çatdırır. Bundan başqa, təşkilatın dünyanın tanınmış siyasətçiləri və nüfuzlu ekspertlərinin beynəlxalq aləmdə baş verən hadisələri müzakirə edərək həll yollarını tapması baxımından da böyük imkanlar yaratdığı diqqətə çatdırılıb. Bu mənada Mərkəzin təşkilatçılığı əsasında hər il yüzlərlə siyasətçi, dövlət xadimi və elm adamının iştirakı ilə baş tutan Qlobal Bakı Forumun, həmçinin müxtəlif ölkələrdə keçirilən Mərkəzin Ali səviyyəli toplantılarının mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Görüşdə həmçinin 2017-ci ilin noyabr ayında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü və YUNESKO-nun xoşməramlı səfiri Marianna Vardinoyannisin himayəsi ilə Yunanıstanda Mərkəzin Ali Səviyyəli toplantısının keçirilməsi müzakirə edilib. Xatırladaq ki, 2014-cü ildə də M.Vardinoyannisin himayəsi ilə bu ölkədə Mərkəzin Ali Səviyyəli toplantısı keçirilib.

Yunanıstan Prezidenti P.Pavlopulos Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) fəaliyyətini təqdir edərək əməkdaşlığımızın vacibliyini vurğulayıb. Görüşdə Prokopis Pavlopulos 2017-ci ilin martında keçiriləcək V Qlobal Bakı Forumuna dəvət olunub.


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!