Hərbi Prokurorluğun qarşısında maşın yandı .....                        Ağac aşdı, üç nəfər öldü .....                        Gəncədə tələbə dəm qazından boğularaq ölüb .....                        Əhaliyə XƏBƏRDARLIQ edildi .....                        Keşlədə kollektorun üzərində tikilən ev sökülür .....                        İntensiv yağıntılar davam edir .....                        Quba və Qusardan axan bəzi çaylardan sel keçib .....                        "Neftçi" "Sumqayıt"ı məğlub etdi .....                        Zaur Mikayılov kollektorun çökdüyü ərazidədir .....                       
Tarix : 23-08-2021, 14:32
Ələkbər Əsgərovun balaban aləti üçün köçürmələri və işləmələri çap olunub


Bu günlərdə “Azərbaycanın görkəmli nəfəs-çalğı alətlərinin virtuoz-novator ifaçısı Ələkbər Əsgərovun balaban aləti üçün köçürmələri və işləmələri” kitabı işıq üzü görüb.

Nəşrin tərtibçisi və baş redaktoru mərhum balaban ifaçısının qızı, Azərbaycan Milli Konservatoriyası (AMK) Musiqi və tarixi nəzəriyyəsi kafedrasının doktorantı, Ərdahan Universitetinin (Türkiyə) müəllimi Mahirə Quliyevadır. Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sənubər Bağırova kitaba “Ön söz” yazıb.

“Ön söz”də qeyd olunur ki, Ələkbər Əsgərov Azərbaycan xalq musiqisinin ümumi repertuarında bu gün “əriyən” bir çox məşhur, tez-tez ifa olunan rəqs melodiyalarının və muğam rənglərinin müəllifidir. O həmçinin, bu məcmuədə yerləşən bir çox əsərlərin – Azərbaycan və xarici bəstəkarların balaban üçün köçürmələrinin müəllifidir. Bu köçürmələr nəticəsində Ələkbər Əsgərov xalq nəfəs alətləri ifaçılarının ənənəvi repertuarının çərçivəsini xeyli genişləndirib, ona peşəkar Azərbaycan bəstəkarlarının (Üzeyir Hacıbəyli, Süleyman Ələsgərov, Cahangir Cahangirov, Ağabacı Rzayeva və b.) musiqisini, eləcə də rus, sovet və hətta Avropa bəstəkarlarının bir sıra əsərlərini daxil edib. Balabanda ifa olunan musiqinin repertuarının genişlənməsi, təbii ki, bu milli musiqi alətinin texniki və bədii imkanlarının daha da inkişaf etməsinə səbəb olub.

“Zərdabi nəşriyyat-poliqrafiya” MMC-də çap olunan kitabın elmi məsləhətçisi Əməkdar incəsənət xadimi, professor Lalə Hüseynova, rəyçiləri professorlar Vamiq Məmmədəliyev, Arif Əsədullayev, Abbasqulu Nəcəfzadə, İlham Nəcəfov, Əməkdar artist Şirzad Fətəliyev, texniki redaktoru Ərdahan Universitetinin müəllimi Yusuf Altundur.


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!