Bakı Təhsil İdarəsində yeni müavinlər - Kollektivə təqdim olundular .....                        Ərdoğan konsulluğa hücumdan danışdı .....                        Baş nazir hökumət üzvlərini topladı - Nefti müzakirə etdilər .....                        Daha bir ölkə İrana qarşı müharibəyə qoşulmağa hazırdır .....                        Mərkəzi Bankın departament rəhbəri işdən çıxdı .....                        İran ABŞ ilə bütün danışıqları dayandırıb .....                        Hava küləkli olacaq - XƏBƏRDARLIQ .....                        Azərbaycanda bu qanun dəyişdi .....                        Rusiya İrana kəşfiyyat dəstəyi verib? – İDDİA .....                       
Tarix : 30-09-2021, 19:42
Əməkdar artist: “Şəhid anasının arzusunu yerinə yetirə bilmədim”

“Şəhid anasının arzusunu yerinə yetirə bilmədim, bacarmadım. Çox çətin idi”.

Bu sözləri Əməkdar artist Cabir Abdullayev Anım günündə Ağdam şəhərində Şəhidlər Xiyabanında keçirilən tədbirdən danışarkən deyib. Onun sözlərinə görə, şəhid Səxavət Məmmədovun anası oğlunun qəbrinin üstündə ondan oxumağı istəyib:

“Şəhidlər Xiyabanını ziyarət edərkən məni arxadan bir ana qucaqladı. Dedi ki, “bizim toyumuzda siz oxumusunuz. Arzu etmişdim ki, övladımın toyunda siz oxuyasınız. Allah qismət eləmədi, Səxavətimin toyunda oxumağı, olmadı”. Mənə pis təsir etdi. Çox təsirli səhnə idi. Sonra ana dedi ki, “toyu nəsib olmadı, gedək Səxavətin qəbirinin üstündə oxu”. Bacarmadım, bacara bilmədim, dedim ana, mənə çox çətindir. Hələ də özümə gələ bilməmişəm”.

Cabir Abdullayev bildirib ki, Ağdamda Anım günü keçirilən tədbirdə şəhid məzarlarını ziyarət ediblər:

“Şəhid analarının dərdinə az da olsa, şərik olduq. Anaların əlindən öpdüm və bunu özümə fəxr bilirəm. Allah bütün şəhidlərimizə rəhmət etsin. Onlar bizə elə sevinc, qürurverici anlar bağışlayıb ki, xatirimizdən heç vaxt çıxmaz. Biz onları həmişə yad etməliyik, qanları, canları bahasına torpaq alıblar. Şəhid anaları ilə görüşdə sevinclə yanaşı qəm də var”.

Mənbə: (Qaynarinfo.az)

Bütov.az


Paylaş



Bölmə: Mədəniyyət
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!