Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
Tarix : 9-12-2024, 16:20
Zamanımızın “MOLLA NƏSRƏDDİN”i

Zamanımızın “MOLLA NƏSRƏDDİN”i

Böyük Azərbaycan dramaturqu, çılğın təbiətli şair, mahir rejiissor, aktyor, əməkdar incəsənət xadimi Cəfər Cabbarlı ədəbiyyat, teatr və kino tariximizdə özünəməxsus bir irs yaratmış, iz qoymuşdur. Onun ölümsüz əsərlərində biz bir-birindən tamam fərqli, lakin cəmiyyət üçün lazımlı və əhəmiyyətli müxtəlif konseptlər görə bilərik: sosial bərabərsizlik, ictimai-siyasi məsələlər, insan mənəviyyatı və əxlaqı, ailə-məişət mövzuları, Azərbaycan tarixi, türk xalqının qəhrəmanlığı və onların yadellilərə qarşı cəsur mübarizəsi, həmin dövrdə qadına münasibət, qadın azadlığı və hüquqsuzluğu və sairə...
Biz isə ədibin 1930-cu ildə qələmə aldığı “Almaz” pyesi haqqında danışacağıq. Pyes 1931-ci ildə tamaşaya qoyulub və geniş auditoriya tərəfindən bəyənilib. Əsərin mövzusu sosializm quruculuğu dövrünün, 1929–1930-cu illərin əsas ictimai məsələlərindən biri – kənd təsərrüfatının kollektivləşdirilməsi idi. Almazın simasında yazıçı sosializm cəmiyyəti üçün xarakterik olan bir gəncin surətini yaratmışdır. C.Cabbarlı ömrünün sonlarına yaxın fəaliyyətini kino sahəsinə həsr edir. O, bir neçə film təcrübəsindən sonra “Almaz”ını da lentə almağa qərar verir və bunun üçün faktiki işlər də görür: kinossenari hazırlayır, filmin çəkilişlərinə başlayır. Ancaq yazıçının ömrü vəfa eləmir... C.Cabbarlı qəflətən dünyasını dəyişir. Bu haqda onun ömür-gün yoldaşı Sona xanım xatirələrində yazır:
“Burada da qəhrəman rolunu, yəni Almazı İzzət xanım oynayırdı. Təəssüf ki, Cəfər bu quruluşu başa çatdıra bilmədi. Amansız ölüm onu bu işindən də vaxtsız ayırdı. Cəfərin sənət dostları "Almaz" filmini Cəfərsiz çəkib qurtardılar və 1935-ci ilin axırında, onun ölümünün birinci ildönümündə işi müvəffəqiyyətlə qurtardıqları haqqında məzarı üstündə raport verdilər”.
Və düz 90 il sonra Cəfər Cabbarlının “Almaz”ı Azərbaycan televiziya məkanına, televizorlarımızın ekranlarına yenidən çıxarıldı... Bir qədər fərqli formatda, fərqli adla, fərqli ssenari ilə, amma “Almaz” əsərinin motivləri əsasında... – “Vətəndaş A”...
12 seriyalıq teleserialı “SFN Film” şirkəti istehsal edib. Serialın ssenarisini Asiman Ağa Rövşən C.Cabbarlının "Almaz" pyesindən təsirlənərək yazıb. Prodüseri Sevinc Əliyeva olan "Vətəndaş A" rejissor Elvin Rüstəmzadə tərəfindən ekranlaşdırılıb. Dram janrında olan serial 21 Sentyabr 2024-cü ildən etibarən İctimai telekanalında yayımlanmağa başlayıb. Əsərin baş rolunu istedadlı aktrisa Günəş Tegin canlandırır. Serialın digər qəhrəmanlarına Azərbaycan Respublikasının xalq artistləri Qurban İsmayılov və Şamil Süleymanlı, əməkdar artist Nəsibə Eldarova, Zülfiyyə Qurbanova, Əlibəy Məmmədli, Nigar Mürsəlova və s. həyat verir.
Yəqin ki, bir çoxları təsdiqləyər ki, Azərbaycan teleməkanının tamaşaçı auditoriyası faydalı, ibrət götürə biləcəyi, maarifləndirici proqramlara tamarzı qalıb…Televiziyamızda keyfiyyətli teleserial anlayışından da ki söhbət gedə bilməz(di). Lakin bu gün “Vətəndaş A” serialına, onun çatdırmaq istədiyi ideyalara, verdiyi sosial mesajlara – bütövlükdə sağlam kollektivin ortaya qoyduğu işə baxanda insan deyir ki, ümid var…
Təəssüflər olsun ki, qlobal dünyada yaşasaq da, bu qlobal dünyanın pərdə arxasında hələ də köhnə fikirlilikdən, gerilikdən, cəhalətdən əziyyət çəkən bütöv bir nəsil var. Adətən, insanlar fikirləşir ki, tək gənc nəsil bu geriliklə ayaqlaşa bilmir. Fəqət biz “Vətəndaş A” serialının əks etdirdiyi tipik Abdalbəyli kəndinin timsalında görürük ki, məhz gənc nəsil yox, elə orta və yaşlı nəsil də zamanın ən qaranlıq dərinliklərindən gəlmiş bu adətlərlə, insanların qəlblərinin ən dibində özünə yuva qurmuş pis xislətlərlə, niyəsini bilmədikləri əmrlər və “qanun”larla “yaşamaqdan” əziyyət çəkir…
Sadə və təbii, eləcə də peşəkar aktyor heyyətinin canlandırdığı obrazların hər bir replikasında, davranışında bir satira müşahidə olunur. Tənqidi ədəbiyyatda buna tipi özünə güldürmək, öz dili ilə ifşa deyilir. Obrazların ironik nitqlərində bu çox aydın başa düşülür. Uşaqlara təhsilin lazımsız olduğunu düşünən, qızlarını erkən yaşda məktəbdən yayındırıb ərə vermək istəyən valideynlər, övladları “tərbiyəsiz böyüyər, pozular” deyə gözüaçıq yetişdirməmək, onlara öz gələcəkləri barədə heç bir seçim haqqı tanımamaq və həyati mövzularda qərarları sadəcə ailə böyüklərinin verməsi, müəllimlərin vəzifə öhdəliklərini vicdanla yerinə yetirməməsi, din pərdəsi altında yolverilən ədalətsizliklər, bu ədalətsizliklərə gözyuman avam cəmiyyət, sosial baxımdan aşağı təbəqədən olan insanların və qadınların hüquqsuzluğu, başqasının namusuna göz dikən insanların namus anlayışı üstündə dava etməsi, qan tökməsi, yeniyetmə nəslin dünyagörüşsüz böyüdülməsi, oğlan uşaqlarının guya “kişi kimi” yetişdirilməsi və bunun üçün onların kriminal aləmə meyl etməsi, öz dilində danışmayan və dilinin qanunlarını bilməyən bir kütlə… Və daha bir çox mövzuların sarkazmı…
Bu müşahidələrim zamanında ağlıma bir sual gəldi: “Sanki mən bu şeyləri haradasa görmüşəm…Harada?” Hə… “Molla Nəsrədin”də!... Vaxtilə “Molla Nəsrəddin” də cəmiyyətdəki əyriləri, çatışmayan şeyləri, düzəlmək istəməyən beyinləri və görüşləri tənqid edirdi, onları islah olunmağa çağırırdı. Görünür, dövrümüzdə də bu öhdəliyi “Vətəndaş A” öz üzərinə götürüb.
Böyük ümidlər bəsləyirik ki, zamanında yatmışları oyadan “Molla Nəsrəddin” kimi, “Almaz” da Abdalbəyli kəndinin sakinləri timsalında cəmiyyətimizin yatmışlarını oyadacaq və onlara hidayət yolunu göstərəcək…

Lalə TURAN


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!