Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
Tarix : 7-04-2022, 16:01
Mərkəzi Elmi Kitabxanada “Molla Nəsrəddin - 116” adlı sərgi keçirilir

Bu gün yazıçı, dramaturq, jurnalist, ictimai xadim Cəlil Məmmədquluzadənin ideya rəhbəri olduğu Azərbaycanın ilk illüstrasiyalı satirik jurnalı “Molla Nəsrəddin”in ilk nəşrə başlamasından 116 il ötür. Bununla əlaqəli Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) ənənəvi formada sərgi təşkil edilib.

Sərgidə “Molla Nəsrəddin” on iki cilddə (1988), “Molla Nəsrəddin” (2005) on cilddə, “Molla Nəsrəddin jurnalının nəşr tarixindən" (Azərbaycan və rus dillərində) (2009), “Molla Nəsrəddin satirik jurnalı” on cilddə (2017), “Molla Nəsrəddin lətifələri” (2018), Səba Namazovanın “Əli Razi Şamçızadə: Molla Nəsrəddində” (2017) və “Molla Nəsrəddin jurnalı və Gəncə ədəbi mühiti” (2018), Gülbəniz Babayevanın “Molla Nəsrəddin jurnalı və milli ədəbi dəyərlər” (2020), baş redaktoru akademik İsa Həbibbəyli olan “Molla Nəsrəddin ensiklopediyası” (2020) və digər dəyərli nəşrlər nümayiş etdirilir.

Nümayiş olunan ədəbiyyatlarda “Molla Nəsrəddin” jurnalının problematikası, klassik irsə və folklora yaradıcı münasibəti, tarixi, müqayisəli və elmi-nəzəri aspektlərdən təhlil və tədqiq olunur.

Xatırladaq ki, Azərbaycan satirik mətbuatının zirvəsi sayılan "Molla Nəsrəddin" jurnalının birinci nömrəsi "Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım" çağırışı ilə 7 aprel 1906-cı ildə Tiflis şəhərində, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə Bakıda nəşr edilib. Jurnal qısa bir zamanda "Lağlağı", "Həkimi-Nuni səğir", "Cırcırama", "Mozalan", "Hərdəmxəyal", "Dəli", "Hop-hop", "Sijimqulu", "Kefsiz", "Hambal", "Cüvəllağı", "Xortdan", "Dabanıçatdaq" və başqa gizli imzalarla çıxış edən M.Ə.Sabir, Ə.Haqverdiyev, Ə.Nəzmi, Ə.Razi, M.S.Ordubadi kimi şair və yazıçıları daimi müəllifləri ətrafında toplamışdır. Jurnaldakı karikaturaları isə O.Şmerlinq, İ.Rotter və Ə.Əzimzadə kimi məşhur rəssamlar çəkmişlər.

MEK-də təşkil olunan sərgi 2 həftə davam edəcək.


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!