“Toyunda hədələdi, sonra da öldürdü” - Faciəvi qətlin detalları .....                        İran ABŞ-nin 48 saatlıq atəşkəs təklifini rədd edib .....                        Təyyarə yaşayış binasına çırpıldı .....                        Sumqayıtda qardaş qardaşı bıçaqladı .....                        Türkiyə və Azərbaycan hərbçilərinin təlimi keçirilib .....                        Son 10 mövsümün tamaşaçı rekordu .....                        Əfqanıstanda güclü zəlzələ oldu .....                        “Zirə” Azərbaycan çempionu oldu .....                        Bakının mərkəzindəki bu yol BAĞLANACAQ .....                       
Tarix : 3-03-2022, 15:08
MEK-də akademik İsa Həbibbəylinin şəxsi kitab kolleksiyası yaradılıb - FOTOLAR
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin şəxsi kitab kolleksiyası yaradılıb.

Ümumilikdə 581 ədəd müxtəlif adda daxil olan nəşrlər sırasında “Nizami Gəncəvi İli”nə aid ədəbiyyatlar, jurnallar, monoqrafiyalar, salnamələr, albomlar, lüğətlər, soyqırımı haqqında kitablar, biblioqrafiyalar, alimin öz kitabları və onun haqqında yazılmış kitablar, Ərəstü Həbibbəylinin kitabları, bədii əsərlər, “Molla Nəsrəddin” jurnalı yer alır.

“Quba aprel-may 1918-ci il müsəlman qırğınları sənədlərdə” (Solmaz Rüstəmova-Tohidi), “Qarabağ: «Eçmiədzin»in məxfi qrifi altında” (Rövşən Novruzoğlu), “Ramiz Əskər, Biblioqrafik məlumat kitabı”, “Vandalizm: tarixi adlara qarşı soyqırımı”, “Rus və erməni mənbələri işığında erməni problemi. Meydana çıxma prosesi. 1678 – 1914” (Seyit Sertçelik), “Terror multikulturalizmə qarşı “Azərbaycanlıların soyqırımı – 100. Dəyirmi masa””, “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları. IV Beynəlxalq elmi konfransın materialları”, “Ənənəvi söyləyicilik sənəti” (Atəş Əhmədli) və digərləri yer alan nəşrlər sırasındadır və həmin kitabların bir qismi artıq MEK-in Milli Rəqəmsal Yaddaş bazasına daxil edilib.

Qeyd edək ki, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin şəxsi kitab kolleksiyası elmi dünya miqyasında tanıdan alimlərin MEK-ə hədiyyə etdiyi sənədlər, nəşrlərin qorunduğu “Kolleksiyalar” fondunda mühafizə olunacaq. Hazırda kitabxanada bu qəbildən Yevgeni Bertels, Boris Zaxoder, Yevgeni Paxomov, Mikayıl Useynov, Mirzə İbrahimov, Mahmud Kərimov və digər alimlərin şəxsi kitab kolleksiyaları saxlanılır.




Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!