Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 5-09-2013, 14:00
“KÖNLÜMÜ YAYLA YAPDIM...”


“KÖNLÜMÜ YAYLA YAPDIM...”


Tale qismət etdi, bəxt yeyin gətirdi, bir daha yenidən gəzib-dolandım gözəlim Türkiyənin bənzərsiz gözəlliklərinə “könlümü yayla yapdığım” oymaqlarını. O yerləri ki, uzun illər boyu ozan dədələrimizdən olan Vəsfi Mahir Qocatürkün bu unudulmaz misraları ilə baş-başa xəyalən gəzib-dolaşmışdım:


Gözəl yurdum, dağlarını,
Uzaqdan görəsim gəlir.
Kəskin əsən yellərinə
Başımı verəsim gəlir.

Mehmet Akif Ersoy dədəmizin ərkli, hökmlü səslənişi kıpır-kıpır qulaqlarımda sırğalandı hər qədəmimdə, basdığım yerləri “torpaq” deyə keçmədim. Tanıdım. Qəlbimin başına, köksümə, ruhuma basdım, gözlərimlə, ürəyimlə öpdüm-öpdüm.
İstanbulda müsafiri oldum Çengiz Güneşin. Elə bil gündoğandan günbatana çevrələnən bütün Türk məmləkətinin insanlıq duyğusu, qayğıkeşlik özəlliyi bu dəyərli qardaşın şəxsiyyət aləmində bir araya gəlmişdi. Sənət dostum, tanınmış şaıir və Çengiz bəyin illərdən bəri bir dost-qardaş olaraq da yaxşı tanıdığı Gülayə Rzayeva ilə bərabər İstanbulda olduğumuzdan xəbər tutan kimi həmən aramışdı bizi. Olmazın əziyyətləri bahasına olsa da İstanbul Türk ocaqları məqamında olduğumuz zaman özünü yetirə bilmişdi. Unudulmaz Türkçülük sevdalısı Ziya Göyalpın uyuduğu kutsal bir məkanda əl verib əhvallaşmağın xoşbəxtliyini yaşadıq yenidən. Əlibəy Hüseynzadədən, Fuad Körpülüdən, Orxan Şaiq Göykyaydan, Nəcib Fazil Qısakürəkdən, Yavuz Bülent Bakilerdən söz açmağın, tarixin o başını bu başına gətirmək məqamı yenidən başladı. Yol boyu avtomobil yolçuluğumuz bu söhbətlərlə süslənmiş oldu. Qonaqlama süfrəsinin dadı-tamı bu söhbətlər oldu. Hotelə götürdü - bu gözəl mövzu bitməz oldu. Evinə götürdü - yenə də bitmədi ki, bitmədi. Arada susduqsa, bu, mənim kövrəlib, duyğulanıb göz yaşımı saxlaya bilməməyim səbəbindən oldu. Bu doğmalıq, ruhubirlik önündə kövrəlməyib də neyləyəcəkdim?
O söhbətlər boyunca Çengiz bəyi dinləyə-dinləyə bizim qədim tərəkəmə köç-düşlərimiz birər-birər yenidən gəlib gözlərimin önündən keçdi. Əbədi nisgil yerlərimizdən biri olan Göyçənin, Vedinin, Təbrizin, İrəvanın və neçə-neçə adı yaddaşlarda yuva, dil ucunda qubar bağlayan doğma yurd yerlərimizin tale oxşarı, tale ekizi olan Borçalı yurdunun Qarapapaqlar eli-elatı gəldi gözlərimin önünə. Elə bil dan yeri sökülürdü və tarixin qaranlığına bürünüb qalmış gerçəklik yavaş-yavaş çıxırdı gün işığına.

Baba tərəfdən Gürcüstanın keçmiş eski-türk qaçqınlarındandı Çengiz bəy. Borçalının Qarapapaqlar nəslindəndi. Özünün dedikləri belədi ki, vaxtilə Kür çayının daşmasından istifadə edərək Çar Rusiyası Gürcüstanda yaşayan yerli Türk əhalisinin köçürülməsi siyasətinə geniş imkan yaradıb. Bu siyasət nəticəsində ailələri o zaman Ermənistan daxilində qalan Ağbaba yaylağının 36 kəndindən biri olan Çaxmaq kəndində yerləşmişdir. Ancaq bu köçkün ailə burada da dinclik tapmır. 1853-cü ildə köçüb Türkiyəyə gəlir. Əvvəlcə Ərzurumda məskunlaşır, sonra Arpaçay yaxınlığındakı Çıraq kəndinə sığınırlar. Onların nəsil-nəcabətlərinə Maralgöz Həmidin uşaqları deyərlərmiş. Ərzurumda məskunlaşan Adil Aydın nəslin ağsaqqalı sayılarmış.
Çengiz bəyin ana tərəfi isə Tiflisin Bəylər, Baydar, Kütlər köylərində binələnən Səməd ağanın nəvələri soyundan gəlir. Sultanovlar şəcərəsinə bağlıdılar. Karsın Çıldır vilayətinə toplu halında gələn köçmənlər arasında bu nəslin nəsibi də olub.
İndi mən Çengiz bəyin nəsil yaşantıları ilə tanış olduqca Orxan Şaiq Gökyayın diliylə demiş olsam, “özümü tarixə verməyim gəlir”. Unudulmaz şairimiz Bəxtiyar Vahabzadənin misraları dolaşıb keçir yaddaşımdan:

Ömür dastanımı bilmədim açdım,
Vərəqlər qəm dolu hekayət imiş.
Hər sətri dərd olub üzümə durdu,
Nə qəmli-qadalı səyahət imiş.

Hal-əlbət belədi. Hər ömür taxtını min qəm süsləyir. Ancaq unudulan günlərin bağı üzülmür. İnsan dözür, tablaşır, ağlına gəlməyənlər başına gəldikcə özünü toparlayır. Hər işin əvvəli döyüş, sonu qələbə olur. Bu əbədi həyat düsturu Çengiz bəyə yaxşı tanışdı. İnsanlığı, həssaslığı, çalışqanlığı həmişə onun arxası-köməyi olub. Bilib ki, yanmayanlar hiss verirlər. O, yaşamaq sənətinin ucalığına həyatsevərliyilə yüksəlib.
1950-ci ildə dünyaya göz açıb. Ailədəki 9 uşağın ikincisi olaraq doğulub. Orta məktəbi Qarsda bitirib. Ankarada ticarət üzrə təhsil alıb. Dövlət məmuru olaraq Kars, Bolu, İzmir, Çorum və İstanbulda çalışıb. 1996-cı ildə Mərmərə universitetinin bank və sığorta fakültəsinin bitirib. 2012-ci ildən “Vektor” beynəlxalq Elm Mərkəzinin doktoru kimi tanınır. 2013-cü ildə Moskva Beynəlxalq “Şərəf və ləyaqət” ordeni ilə təltif edilib. Bütün bu təqdir və təqdimlər onun mənalı ömür yolunun sənədləşən məqamlarıdı.
Ruhda, yaddaşda olanların hamısı isə qələmdən keçirmək, yazıya almaq olmur. Məsələn, Çengiz bəyin ömür yoldaşı, Haşim ağanın qızı Gülşen xanım Güneşlə birgə yapdırdığı foto-şəkildə yaşanan bəxtiyarlığın iç dünyasını bütün təfərrüatları ilə yazıya gətirmək çox çətindi. Ataların “ərlə arvadın torpağı bir yerdən götürülüb” dəyərləndirməsi onların birgə həyatlarının şəkillənməsi kimidi. Ruhi sakitliyin, munisliyin abidəsi kimidi Gülşen xanım! İnsanlığı, münasibəti əxlaqi ilə adını doğrulda biməyin yolu-yolağası onun varlığından qızıl xətt kimi keçməkdəndi. Bizi bilən, duyan əziz bir insan kimi salam verib əleyk aldıq. Qosqoca Yunis İmrəninn dililə “bizi-bizdə duyanlara salam olsun” deyə adını əziz tutur, xatırlayır, xatırlayırıq.

Övladları Səadətə, Pinara, Cevala, nəvələri Səmədağaya, Nazala, Cenkə, Cemə xoşbəxtlik arzulayırıq. Böyük bir Türk ailəsi olaraq adlarını uca tuturuq. Bir millət, iki dövlət olan Azərbaycan-Türkiyə qardaşlığının ortaq bağlarından biri kimidi Çengiz bəyin ailəsi. Nəcibliyi, munisliyi, insanpərvərlikləri ilə bir arada milli dəyərlərimizin əzizliyi dil əzbərləridir. Millətimizi sevirlər, torpağımızı, dinimizi, dilimizi sevirlər - davamlı olsun. Süfrələri, qapıları, könülləri dost üzünə açıqdı-bərəkətli olsun. Salam göndərirəm Gülayə xanımın ürəyinin içindən süzülüb gələn misralarıyla o gözəl ailəyə, o gözəl məmləkətə,Türk adına nə varsa hamısına:
Dağ dindirib, dağ əyirəm ehtiramla,
Cüt göz üstə qaş əyirəm ehtiramla,
Ariflərə baş əyirəm ehtiramla,
Varı vətən olanlara salam olsun.

Həm beşiyə, həm məzara sarı Vətən,
Gözdə nuru, odu, qoru, narı Vətən,
Həm qibləsi, həm səcdəsi, yarı Vətən,
Varı Vətən olanlara salam olsun.
Sərvaz Hüseynoğlu
Azərbaycan Yazıçılar Birliyi
Aran bölməsinin sədri

DAĞLAR ELƏ BİL...

Dağlar elə bil
Doğma kəndimi
öz balasıtək
basıb köksünə.

Bulaqlarıyla
süd verir sanki
öz körpəsinə.

Bəlkə dağların
hörükləridir
harayla-hayla
bu axşam çaylar!

Kəndə gecələr
səs sala-sala
oxuyur layla
bu axşam çaylar.

Dağlar döşündə
Bu sıx meşələr
çiçək ətirli
xoş nəfəs verir.

Burda insana
yaşamaq üçün,
yaratmaq üçün
çox həvəs verir.

Nə xoşdur baxmaq
uca dağlara;
zirvədə qara,
döşdə dumana.


Sanki bürünüb
Ipək paltara...
Gəlirsən hərdən
belə gümana.

Bəlkə, dağların
Lap təpəsindən
Bir əlçim bulud
qopub, sürüşüb.

Kənddə qızların,
O gözəllərin
Olub kəlağay
başına düşüb.

BASQAL

Ona istək məndə,
Vurulmuşam bu kəndə.
Torpağına, daşına
Canı qurban bu bəndə.

Qibləm mənim Basqaldır,
Bura gözəl mahaldır.
Xeyli vaxt uzaqdayam,
Görün, halım nə haldır?

Hər tərəfi dağdı, dağ,
Dağın başı ağdı, ağ.
Basqalda bir çinar var,
Min ildir ki, sağdı, sağ.

Ömrüm, günüm, həm ayım
Son anda sən harayım.
Qalan ömrü gəlibən
Qoynunda mən yaşayım.

Göydə şimşək çaxılır,
Min həvəslə baxılır.
Buluddan hey aramsız
Elə bil süd sağılır.

Hər axşam və hər səhər
Sərin-sərin meh əsər.
Burda yaşasan əgər,
Bilməzsən qəm, nə kədər.

Bu kəndmi, ya şəhərdir?
Dağ belində yəhərdir.
Ulduzları yaman çox,
Gecələri səhərdir.

Çoxdur yaşın, qocasan,
Qəlbimdə sən ucasan.
Olanları unudub
Bəlkə, məni qucasan.

BASQALIN MƏNİM

Qurd təpəsindən
kəndə yol gedir.
Baxan hər kəsi
o, valeh edir.

Çox da maraqlı
kəndin yaşıdır.
Hamıya tanış
Qalabaşıdır.

Burdan görünür
öndə “qalalar”.
Yaşıl meşələr,
həm də talalar.

Göyə ucalır
böyük bir çinar.
Min illər ötüb,
hələ də yaşar.

Bu kənd salınıb
ağılla, başla,
Çox sıx döşənib
Küçələr daşla.


Altda kürələr
bənd olub bir-bir.
Necə bənd olub?
Kimsə də bilmir.

Ortada qədim,
gözəl hamam var.
Qucaq odunla
bir kənd yuyunar.

Havası təmiz,
şirindir suyu.
Yayda istidə
rahat yat uyu.

Yaşa

Nəvəm Həmidin üç yaşı tamam olması münasibətilə
Nənə nəvəyə
corab toxuyur.
Öpüb üzündən
ona oxuyur.

-Mən qurban olum
Könül görənə.
Belə bir gözəl


Keçən hər ayın,
ilinə qurban,
O dil-dil ötən
dilinə qurban.

Qaşın qaradır,
gözünə qurban.
O baltək şirin
sözünə qurban.

Lap çox ağıllı,
Qoçaq balasan.
Nə olar bir az
Sən dinc olasan.

Belə, ay Həmid,
getsən əgər sən.
Bu başımıza
bol turp əkərsən!

Yaxşı başa düş,
anla işi sən,
Üç yaşın oldu,
yekə kişisən.

Çatasan, bala,
Sən boya-başa.
Arzum budur ki,
Lap yüz ul yaşa.

Vaqif Əliyev


Paylaş



Bölmə: Müsahibə
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!