Bakıdan Çinə dəmiryolu ilə ilk ixrac qatarı .....                        Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək .....                        COP29-un bağlanış mərasimi keçirilir .....                        "Fənərbağça"dan inamlı qələbə .....                        Hazırda təklif olunan razılaşma yaxşı deyil .....                        Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu .....                        ABŞ-ın yeni maliyyə nazirinin də adı məlum oldu .....                        İstanbulda fırtına yaşandı .....                        Tramp Rusiya-Ukrayna münaqişəsi üzrə xüsusi elçisinin adını açıqladı .....                       
Tarix : 2-10-2017, 15:37
Təhsil millətin gələcəyidir - SÖZlü tələbə


Elmin sahib olduğu qüvvə və bu qüvvənin nuru ilə işıqlanan cəmiyyətlərdən, yəqin ki, xəbəriniz var. Zənnimcə, uşaqlar böyüyərkən bu nuru daha da gurlaşdırırlar.
Ətrafımda dərsə marağı olmayan, oxumağı sevməyən azyaşlı gördükdə sözünü etdiyim “nur”un bir daha parlaq işıqlar saçacağına olan ümidlərim ölür. Getdikdə bu hiss inamsızlığa çevrilir. Ümumiyyətlə, hərdən mənə elə gəlir ki, uşaqlığa xas o saflığı, paklığı özündə əks etdirməyən, cahil bir fərd kimi yetişən həmin uşaqları cəmiyyətin bir tərkib hissəsi kimi kənar millətlərə təqdim etməzdən əvvəl yaxşı düşünməliyik. Çünki onlar elmlə böyüməyəcəyi təqdirdə “hər şey” ə qadir fərd kimi yetişəcəklər. Digər tərəfdən axı hələ dünyanı yeni qavramağa başlayan bir uşağın dərsə, biliyə, elmə niyə marağı olmasın? Doğrudanmı, bu problemin səbəbi valideynlərdədir?

Bu mövzunu hələlik bir kənara qoyub, diqqətinizi başqa məsələyə çəkmək istəyirəm. Fikir vermisinizsə, qəbul imtahanlarında ən yüksəl balı toplayan, ən savadlı tələbələr əksərən rayon məktəblərində oxuyan, həyatın çətinliyini görən, yeri gəldikdə ac-susuz yatan uşaqlardır. Onlar həyatlarını bu çətinliklərdən xilas etməyin yollarını elmlə birgə mübarizədə görən həmin insanlardır. Təbii ki, probləm şəhərdə yaşamaq deyil, probem həyatın çətinliyini görməməkdədir. Bir qələm, bir dəftərin gətirdiyi sevinci gözlərindən oxunulan uşaqlarımız var bizim. Niyə uzağa gedim ki? Məktəb vaxtlarında bir yeni qələm alanda onu əlimdən buraxmaq istəmirdim. Həmin yeni qələmimlə yazılar yazmaq mənə o qədər zövq verirdi ki, yaşamadan anlamaq mümkün deyil. Amma şəhərin mərkəzində yaşayan, əynində köynəyin ən gözəlindən, belində çantanın ən yaxşısından, qələmqabında göyqurşağı kimi rəngarəng qələmlər, bütün bunların necə çətinliklə alınmasından bixəbər, heç bir problemi olmayan, elə ömür boyu atasının puluyla yaşayacağını və oxumağı sadəcə əziyyət hesab edən uşaqlarımız var bizim.

İlk abzasda bir sual vermişdim ki, bəs uşaqların dərsə marağının olmamasının səbəbi valideynlərdədimi? Zənnimcə, bəli, valideynlərdədir. Amma bütün ana-atalar da bura daxil deyil. Günah “Əşi oxumur oxumasın da, nə edirsə özünə edir, öldürəsi deyiləm ki...” deyənlərdədir.

Uşaq beyni ağ vərəqdir. Qələm isə valideynlərin əlindədir. Valideyn o qələmə nə yazarsa uşağın gələcəyi də elə olar. O beyni yönəltmək valideynlərin əlindədir.
Şübhəsiz ki, bütün dediklərim öz fikirlərimdir. Bilmirəm, razısınız ya narazı. Amma istənilən halda uşaqlar üçün düzgün yolu tapmalıyıq. Onları düzgün, savadlı, dünyagörüşlü və ən əsası cəmiyyətimiz üçün yararlı əsl vətəndaş kimi yetişdirməliyik. Çünki Ulu Öndər Heydər Əliyevin də dediyi kimi, uşaqlarımız bizim gələcəyimizdir.
Bunun üçün isə bacardığımız qədər uşaqlarımıza həyatın pis tərəflərini də göstərməliyik. Ona görə ki, həyatda uğur qazanmaq üçün həyatın acı, şirin-hər iki tərəfini yaşamaq lazımdır...
Aybəniz Məhərrəmova, BDU-nun Jurnalistika fakültəsinin ikinci kurs tələbəsi


Paylaş



Bölmə: Tələbə sözü / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!