Qonşuluq şəraitində yaşamağa çalışmalıyıq .....                        Tramp Putinlə nələrdən danışdı... .....                        Güclü tərəfdaşlığımızın yenidən qurulmasına çox nikbin baxırıq .....                        Paşinyan Qələbə Paradında iştirak edəcək .....                        İlham Əliyev “Euronews” televiziyasına müsahibə verdi - TAM MƏTN .....                        Gəncənin bombalanması əmrini ondan aldım - Araik ad çəkdi .....                        Müşahidəçilər Ermənistan-Azərbaycan sərhədindən nə vaxt çıxacaq? - AÇIQLANDI .....                        Konstitusiya Məhkəməsi ilə akademiya arasında memorandum - FOTO .....                        Taksi sürücüləri üçün növbəti imtahan keçiriləcək .....                       
Tarix : 11-02-2019, 07:31
Fransada “Azərbaycan: Dünənki qadınlar” təqdim olundu

9 fevral tarixində ölkəmizin Fransadakı səfirliyinin dəstəyi, Ailə Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin əməkdaşlığı ilə Azərbaycanın Dostları Assosiaasiyası (ADA) « Azərbaycan: Dünənki qadınlar » adlı kitabın təqdimatını və kitabda təsvir olunan portretlərin rəsm sərgisini təşkil edib.
Butov.az-ın Modern.az-a istinadən məlumatına görə, ADA- nın Azərbaycanda qadınlara səsvermə hüququn verilməsinin 100 illiyinə həsr etdiyi silsilə tədbirlər çərçivəsində həyata keçirilən bu layihə Ailə Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə Fransada “Favr” nəşriyyat evində işıq üzü görüb.
Görkəmli Fransız yazıçı və jurnalisti Jan Lui Quronun təşəbbüsü və rəhbərliyi ilə Nur Dolay tərəfindən qələmə alınan, Fransuaz Kayyet Dönebur tərəfindən rəsmləri canlandırılan bu kitabın əsas məqsədi tarix boyunca Azərbaycanda qadınların cəmiyyətdə mühüm yer aldığını göstərmək və bu irsin müasir dövrümüzə davam etdiyini oxucuya çatdırmaqdır.
Təqdimat mərasimində iştirak edən Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, Azərbaycan Demokratik Cumhuriyyəti yaradıldıqdan bəri Azərbaycanın bütün yaxin şərqdə müasirliyin rəmzinə çevrildiyini dedi.
Azərbaycan qadınlarına dünya ölkələrinin bir çoxundan öncə səsvermə hüququnun verilməsi artıq uzun əsrlər boyunca Azərbaycan qadınının cəmiyyətdə əhəmiyyətli yer tutduğunu bir daha təsdiqləyib.
ADA prezidenti Jan-Fransua Mansel təqdimatda iştirak edən qonaqlara Azərbaycan haqqında məlumat verərək burada dünyəvi dəyərlərin bərqərar olduğunu, millətindən, dinindən, cinsindən asılı olmayaraq bütün insanların bir ailə kimi mehriban, sülh və əmin-amanlıq şəraitində yaşamasından danışıb.
Artıq Azərbaycanla bağlı bir neçə layihənin müəllifi olan Jan Lui Quro ölkəmizə ilk səfərindən bəri burada rastlaşdığı sülhsevər, azad fikirli insanlar, xüsusən də müasir, müstəqil və fəal qadınlar onun diqqətini cəlb edib.
Fransalı yazıçı, digər müsəlman ölkələrindən fərqli olaraq Azərbaycan cəmiyyətində qadınların mühüm rolu olduğunu bu kitab vasitəsi ilə qərb dünyasına çatdırmaq istədiyini bildirib.
Kitabı qələmə alan fransalı publisist, jurnalist Nur Dolay Azərbaycan qadınlarının əzm və cəsarətinə heyran qaldığını bildirdi. O kitabda haqqında yazılan hər bir qadına həsr olunan ayrıca bir kitab yazılmasına və bir film çəkilməsinə layiq olduqlarını vurğulayıb.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!