İsrailin XİN başçısı Azərbaycana yola düşdü .....                        Moskva geri addım atır? .....                        Sahibə Qafarova həmkarı ilə görüşdü .....                        Əli Laricaninin qızı ABŞ universitetindən qovuldu .....                        Rusiya Maduronun azad edilməsini tələb edir .....                        NATO təlimində böhran: Amerikalı əsgərlər geri çəkildi .....                        Qrenlandiya böhran: İşıqsız və istiliksiz qaldı .....                        “Temu” Türkiyədə xarici məhsul satışlarını dayandırdı .....                        Fərəh Pəhləvi İranda ölənlərdən danışdı .....                       
Tarix : 18-05-2017, 11:10
Fransada AXC-nin ildönümü keçirildi – FOTO

Parisdə Azərbaycan Xalq Cümhuriyyətinin 99-cu ildönümünə həsr edilmiş foto sərgi keçirilib.

Butov.az Teleqraf.com-a istinadən xəbər verir ki, Azərbaycanın Dostları Assosiyasiyasını Paris və Azərbaycan Evinin təskilatçılığı ilə baş tutan “Azərbaycana səyahət” adlı foto sərgi açılıb.

Sərgi Şərq və Türkdilli dövlətlərin arasında ilk respublika olan Azərbaycan Demokratik Respublikasının 99-cu müstəqillik ildönümü münasibətilə təşkil olunub. Vernisajı Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Paris Azərbaycan Evinin sədri Mirvari Fətəliyeva açaraq, qonaqlara sərginin məqsədi barədə məlumat verib, fotoların müəlliflərini təqdim edib. Daha sonra vernisajda iştirak edən Azərbaycanının Fransadakı səfiri Elçin Əmirbəyov çıxış edərək Azərbaycan Demokratik Respublikasının yaranışı və tarixi barədə danışıb. Azərbaycan Dostları Assosiasiyasının prezidenti Cen Fransua Mansel isə Azərbaycan Fransa dostluq əlaqələrinin getdikcə daha da genişləndiyini və Azərbaycanın məhz bu kimi tədbirlər sayəsində Fransada daha da tanındığını, vurğulayıb. Sərgidə Azərbaycan fotoqrafları Vüqar İbadov, Etibar Cəfərov və Kərim Abbasovun fotoların da təqdim olunub. Azərbaycanın rəngarəng təbiətini, zəngin memarlıq abidələrini əks etdirən fotolar seyricilər tərəfindən geniş rəğbətlə qarşılanıb. Tədbridə Fransa Parlament və Senat üzvləri, fransız jurnalistlər, şirkət rəhbərləri və diaspor nümayəndələri iştirak edib.

Qeyd edək ki, sərgi mayın 2-dən, 31-nə kimi davam edəcək.
Fransada AXC-nin ildönümü keçirildi – FOTO


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!