İranda matəm elan edildi .....                        Sərxoş sürücü ağır qəza törətdi .....                        Tramp İranda hərəkətə keçir .....                        İranda 38 polis öldürülüb .....                        Qara Qarayevə yeni vəzifə verildi .....                        Minaya düşən şəxsin son durumu AÇIQLANDI .....                        İran hökuməti dəyişikliyə hazırdır - Pezeşkian .....                        Venesuelanı ABŞ qoruyacaq .....                        Ukrayna Xəzərdə neft obyektinə ZƏRBƏ ENDİRDİ .....                       
Tarix : 6-03-2019, 12:24
Mətbuat Şurası saytlara qarşı edilən şikayətləri araşdırdı
Şikayətlər üzrə Komissiyanın iclası keçirilib.
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib.
Butov.az xəbər verir ki, bu haqda məlumat AzNews.az-a Şuradan verilib.
Məlumata görə, toplantını açan komissiya sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Elmira Axundovanın “criminal.az” saytına qarşı şikayətini araşdıran komissiya üzvləri bildiriblər ki, Mətbuat Şurası KİV-də yayımlanmış materiallar üzrə şikayətləri, eyni məsələnin məhkəmə müstəvisinə çıxmasına qədər olan mərhələdə qəbul edir. Hazırda şikayət doğuran məsələ məhkəmə araşdırması mərhələsində olduğu üçün baxılmamış saxlanılır.
İsmayıllı rayon sakini Ürbabə Mahmudovanın “anews.az” xəbər portalına qarşı şikayətini araşdıran komissiya üzvləri müəyyən ediblər ki, sayt əməkdaşları şikayət doğuran materialı hazırlayarkən, geniş araşdırma aparıb, tənqidi ruhlu məqaləni sənədlərlə isbatlamağa çalışıblar. Bununla yanaşı, materialda adları epizodik olaraq keçən şəxslər də var ki, onlar əsas hədəf, tənqid obyekti deyillər. Məqalədən şikayət verən Ürbabə Mahmudova da orada adı epizodik keçən şəxslərdən biridir. Komissiya üzvləri yaranmış anlaşmazlığın aradan qaldırılması üçün tövsiyə ediblər ki, xəbər portalı Mahmudovaya izahedici fikirlərini yayımlamaq üçün şərait yaratsın.
Bakı şəhəri Suraxanı rayonu 275 saylı orta məktəbin bir qrup əməkdaşının “deryaz.az” saytına qarşı şikayətini araşdırarkən müəyyən edilib ki, xəbər saytı şikayət doğuran materialı konkret müraciətlər əsasında hazırlayıb. Eyni zamanda, Peşə Davranış Qaydalarının balans prinsipini qorumağa çalışıb, qarşı tərəfin də mövqeyini öyrənib. Şikayətçilərə və sayt təmsilçilərinə dərc olunmuş materialdan kənar mübahisələrini hüquq-mühafizə orqanlarına müraciət ünvanlayaraq aydınlaşdırsınlar.
Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərovun “tehsil-press.az” saytına qarşı şikayəti saytın təkzib verməsi səbəbindən gündəlikdən çıxarılıb.
İclasda “Best-beef” kolbasa sexinin sahibkarı Malik Tahirovun “heqiqet.az” saytına qarşı şikayəti də müzakirə edilib. Müəyyən olunub ki, şikayət doğuran materialda AJPDQ-nin prinsipləri pozulub. Sayt əməkdaşları yol verdikləri qüsurlara haqq qazandıracaq ifadələr təqdim etməyiblər. Məsələ geniş araşdırılmaq üçün MŞ-nin “Reket jurnaistika”ya qarşı mübarizə Komissiyasına yönləndirilib.
AMEA-nın elmi işçilərinin “qaynarinfo.az” saytına qarşı şikayətini araşdıran komissiya üzvləri müəyyən ediblər ki, xəbər saytı şikayət doğuran materialı konkret müraciətlər əsasında hazırlayıb. Həmçinin Peşə Davranış Qaydalarının balans prinsipini qorumağa çalışıb, qarşı tərəfin mövqeyini öyrənib. Həmçinin şikayətçilərin narahatlığını nəzərə alaraq, təkzib xarakterli materiallar da yayımlayıb. Şikayətçilər isə bildiriblər ki, təkzib materialı yayılarkən, bəzi bəndlər ixtisar edilib, məzmuna xələl gəlib. Komissiya sayta tövsiyə edib ki, təqdim edilmiş təkzib materialını qarşı tərəflə razılaşdırılmış formada yenidən yayımlasın.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!