Məktəb direktoru da insandır, onun da emosional durumu var - Emin Əmrullayev .....                        Ən çox Ərdoğanla fotomu bəyənirlər .....                        Silahlar Xankəndidən və Ermənistandan gətirilirdi .....                        Putin 30 günlük atəşkəsə razıdır, amma.. .....                        Məşhur türk aktyor vəfat etdi .....                        Bakı Forumunun açılış mərasimindən görüntülər - VİDEO .....                        Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtı .....                        Rəsmi Bakı sülh sazişinə dair bəyanat yaydı .....                        Qukasyandan etiraf - Qondarma rejimin “büdcə”sini Ermənistan formalaşdırırdı .....                       
Tarix : 28-07-2017, 18:52
Mətbuat Şurası bəzi saytlarla bağlı şikayətlərə baxıb


Bu gün Mətbuat Şurasının (MŞ) Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. Toplantını açan komissiya sədri, MŞ sədrinin müavini Müşfiq Ələsgərli gündəlikdə duran məsələlərlə bağlı məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib.

İclasda öncə «Oba» MMC-nin «Anaxeber.az» saytına qarşı şikayətinə baxılıb. Müzakirələr gedişində rəyə gəlinib ki, «Anaxeber.az» saytı «Oba» MMC-yə məxsus marketlə bağlı material təqdim edərkən peşə davranışı qaydalarını pozub. Sayt qarşı tərəfin mövqeyini öyrənməyib. Buna görə də ona təkzib mətninin dərci tövsiyə olunub.

Bakı şəhər sakini Zülbalıyev Asim İslam oğlunun «Son söz» qəzeti və «Milli.TV» saytı ilə bağlı şikayətinin müzakirəsi zamanı aydınlaşdırılıb ki, eyni mərkəzdən idarə olunan iki media orqanının bu və ya digər şəxslər arasındakı konfliktli durumları işıqlandırmaq tərzi heç də peşə prinsiplərinə uyğun gəlmir. Burada qarşı tərəfin mövqeyi nəzərə alınmır. Eyni zamanda cavabdeh özünün kütləvi informasiya vasitəsi kimi statusunu müəyyənləşdirə bilmir. Buna görə də «Son söz» qəzeti rəhbərliyinə fəaliyyətində ciddi dönüş yaratmaq tövsiyə olunub.

Bakı şəhərinin Suraxanı rayonunun sakini Yelena Smakinanın «İnterpress.az» saytı ilə bağlı şikayətinin müzakirəsi sonrası belə rəyə gəlinib ki, sözügedən sayt Y. Smakina haqqındakı materialın həcmi qədər təkzib mətni yayımlamalıdır.

Vətəndaş Gülşən Tofiqqızının müxtəlif kütləvi informasiya vasitələrində yer almış müsabihələr və digər janrlı materiallarda məşhur Azərbaycan milyonçusu Musa Tağıyevlə bağlı tarixi faktların saxtalaşdırıldığını iddia edən şikayəti ətrafında gedən müzakirələrin yekununda komissiya bu qənaətə gəlib ki, G. Tofiqqızına haqqında söz açdığı həqiqətlərin ictimaiyyətə açıqlaması üçün müvafiq şərait yaradılmalıdır. Mövcud xüsusda Mətbuat Şurasının şikayətçiyə müvafiq kömək göstərəcəyi bildirilib.

İclasda «Azərkontrakt» Səhmdar Cəmiyyətinin Avtomobil Nəqliyyatı Təsərrüfatı kollektivinin «Təzadlar» qəzetinin saytında yayımlanmış materialla bağlı şikayəti də müzakirə olunub. Qəzetə məsələyə dair təkzib mətninin dərci tövsiyə edilib.

Beyləqan şəhər sakini Zeynalov Anar Ədalət oğlunun «xalqınsesi.com» saytına qarşı şikayətinin Şuranın «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının iclasında müzakirəsi qərara alınıb.

Qafqaz Xəbər Agentliyinin «topxeber.com» və «pressday.az» saytlarına qarşı şikayəti tərəflər arasında anlaşma əldə olunduğu üçün qapanmış sayılıb.


Paylaş



Bölmə: Ana seife / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!