Hərbi Prokurorluğun qarşısında maşın yandı .....                        Ağac aşdı, üç nəfər öldü .....                        Gəncədə tələbə dəm qazından boğularaq ölüb .....                        Əhaliyə XƏBƏRDARLIQ edildi .....                        Keşlədə kollektorun üzərində tikilən ev sökülür .....                        İntensiv yağıntılar davam edir .....                        Quba və Qusardan axan bəzi çaylardan sel keçib .....                        "Neftçi" "Sumqayıt"ı məğlub etdi .....                        Zaur Mikayılov kollektorun çökdüyü ərazidədir .....                       
Tarix : 18-08-2013, 15:31
Fransa mətbuatı Azərbaycan bayrağından yazdı


Fransa mətbuatı Azərbaycanın bayrağının “Lans”ın stadionunda dalğalanması haqda yazı dərc edib.

Lensois.com saytı qeyd edib ki, azərbaycanlı iş adamı Hafiz Məmmədovun “Lans”ın səhmlərini almasından sonra 41 min 233 tamaşaçı tutumu olan Feliks Bolların adını daşıyan stadionda yenilik baş verib.

Belə ki, arenanın ən yüksək hissəsində Fransa bayrağı ilə yanaşı ilk dəfə olaraq Azərbaycan bayrağı da dalğalandırılmağa başlayıb.

Sayt yazıb ki, H.Məmmədov işinin çoxluğu səbəbindən dünən baş tutan “Lans” – “Oser” matçına (4:1) yetişə bilməsə də, tribunada oyunu izləyən Azərbaycan nümayəndə heyəti bu jesti yüksək qiymətləndirib.

Xatırladaq ki, həmin qarşılaşmaya stadionda baxanlar arasında futbol veteranlarımız İsgəndər Cavadov, İqor Ponomaryov və “Bakı” klubunun sabiq vitse-prezidenti Tunc Avşar da olub.

Mənbə: ANS PRESS


Paylaş



Bölmə: Xəbər / Köşə / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!