Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                       
Tarix : 3-07-2019, 11:22
Qlobal İqlim Sammitinə hazırlıq məqsədilə iclas keçirilib

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində Qlobal İqlim Sammitinə hazırlıqla bağlı iclas keçirilib.
Butov.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Naziriliyindən Trend-ə verilən məlumata görə, sammitdən əvvəl iclasın keçirilməsində məqsəd Qlobal İqlim Sammitinin bütün fəaliyyət sahələri üzrə tərəqqinin əldə edilməsi, sammitdə elan olunması nəzərdə tutulan təşəbbüslərin təkmilləşdirilməsi, nailiyyətlərin və öhdəliklərin qiymətləndirilməsi olub.
Toplantıda Azərbaycan Respublikasını Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev təmsil edib. İclasda 2020-ci ilədək töhfələrin yüksəldilməsi, Milli Səviyyədə Müəyyən Olunan Töhfələrin (NDC) təkmilləşdirilməsi, 2050-ci ilədək karbon emissiyalarının sıfır səviyyəsinə endirilməsi məsələləri müzakirə olunub, enerji səmərəliliyinə keçid üzrə paralel iclaslar və görüşlər keçirilib.
Tədbir çərçivəsində Azərbaycanın Ekologiya və Təbii Sərvətlər naziri ilə Serbiyanın Ətraf mühitin mühafizəsi naziri və Ümumdünya Meteorologiya Təşkilatının baş katibi arasında yeni əməkdaşlıq əlaqələrinin qurulması və mövcud əlaqələrin inkişaf etdirilməsi məqsədilə ikitərəfli görüşlər də təşkil olunub.
Qeyd edək ki, Qlobal İqlim Sammiti 23 sentyabr 2019-cu il tarixində BMT-nin Baş Katibinin təşəbbüsü ilə Nyu York şəhərində keçiriləcək.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!