“Özümüzü kəsən qılınc” kitabının təqdimatı oldu .....                        Ədaləti təmin etmək üçün gərək yumruğun olsun - Prezident .....                        Ukrayna hücuma keçməlidir - Tramp Zelenskiyə daha nələr deyib? .....                        Anomal istilər bu tarixədək davam edəcək .....                        Ayağı amputasiya olunmuş aktyor vəfat etdi .....                        Azərbaycan futbolçusu faciəvi şəkildə öldü .....                        Tramp Netanyahuya zəng etdi .....                        Təbrizdən Bakıya aviareyslər bərpa edilir .....                        "Qarabağ"ın yeni oyunçusu .....                       
Tarix : 24-11-2016, 12:07
Komitə sədrindən təhlükələr barədə XƏBƏRDARLIQ

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRK PA) Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının ikinci iclası keçirilib.

Butov.az-ın Modern.az-a istinadən xəbərinə görə, çıxış edən Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycanın TÜRKPA-dakı nümayəndə heyətinin üzvü Əhliman Əmiraslanov deyib ki, ətraf mühitin problemlərinə cəmiyyət həssas olmalıdır.
Deputat bildirib ki, cəmiyyət ətraf mühitlə bağlı problemlərlə məşğul olmazsa, gələcəkdə çox ciddi təhlükələr yaranır:

“Əsas məsələlərdən biri iqlim dəyişikliyi və Günəşin azon qatının deşilməsidir. Ətrafa mühitə insanların atdığı tullantılar ciddi təhlükə yaradır. Hazırda dünyada içməli su problemi də var. 1.5 milyard insan çirkli sudan istifadə edir. Bundan başqa, torpaqların deqradasiyaya uğraması nəticəsində də məhsuldarlıq azalır, meşə sahələri qırılır, bunun cüzi hissəsi bərpa edilir.

Son yüz ildə dünyada əhalinin dörd dəfə artması , sənaye müəssisələrinin çoxalması bu cür problemlər yaradır”.

Ə.Əmiraslanov söyləyib ki, bu problemlərin aradan qaldırılması üçün təkliflər irəli sürülməlidir. Sonra çıxış edən komissiyanın sədr müavini Feyzullah Kıyıklık bildirib ki, iqlim dəyişikliyi Türkiyəyə də təsirsiz ötüşmür.
O əlavə edib ki, TÜRK PA-da təmsil olunan ölkələr birləşərək birgə mübarizə aparmalıdırlar: “Ətraf mühitin problemlərinə həsr olunan 63 səhifəlik sənəd hazırlanıb, bu sənəddə iqlim dəyişikliyi ilə bağlı məsələyə toxunulub”.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyibki, bu günə qədər Azərbaycanda ekologiya və ətraf mühitin mühafizəsi ilə bağlı 45 qanun qəbul olunub:

“Əgər müstəqilliyin ilk illərində Azərbaycanda xüsusi mühafizə olunan ərazilərin hissəsi 4.5 faiz idisə, bu gün həmin rəqəm 10.5 faizə çatıb. 2000-ci ildə ölkədə 1 milli park var idi. Hazırda isə ölkəmizdə 9 milli park var. Azərbaycan gələcək nəsillərə ölkə ərazisində 10.3 faiz xüsusi mühafizə olunan ərazini ötürəcək. Bu gün Avropada vəhşi təbiət qalmayıb. Əgər vəhşi təbiət görmək istəyirsinizsə, buyurun Azərbayacana gəlin”.
Qlobal iqlim dəyişikliyi: üzv ölkələr üçün səbəbləri və nəticələrinə dair tövsiyə qərarının layihəsi təsdiq olunub.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!