Türkiyədə zəlzələ oldu .....                        Tramp xalqa müraciət edəcək .....                        Cevdet Yılmaz Azərbaycana gəlib - YENİLƏNİB .....                        Aprel qələbəsinin 10-cu ili... .....                        Məhkəmədə diz çöküb yalvardı... - Hakim qanuni qərarla sevindirdi .....                        Zelenski Trampın elçiləri ilə videozənglə danışdı .....                        Siyəzəndə dəm qazı faciəsi: qadın hamamda öldü .....                        Sarkisyanın partiyası seçkidə iştirak etməyəcək .....                        Xamenei: "Ölkənin siyasəti dəyişməzdir" .....                       
Tarix : 10-09-2019, 14:35
Strasburqda Azərbaycan icması ilə görüş keçirilib
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Fransaya səfəri çərçivəsində Strasburq şəhərində Azərbaycan icması ilə görüş keçirilib.
Butov.az xəbər verir ki, bu barədə Azvision.az-a Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Komitə sədri Fuad Muradov Azərbaycan dövlətinin diaspor siyasəti, bu siyasətin həyata keçirilməsində xaricdə yaşayan azərbaycanlıların rolu, onların şəbəkələşməsinin əhəmiyyəti və Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında fəal iştirak etmələrinin vacibliyindən danışıb.
Komitənin son bir ildə gördüyü işlərin əks olunduğu videoçarx təqdim olunub, Azərbaycan icmalarının, diaspor təşkilatlarının və ayrı-ayrı şəxslərin Azərbaycan Diasporuna Dəstək Fonduna müraciət formaları barədə geniş izahat verilib.
Toplantıda bu gün dünyanın müxtəlif yerlərində, o cümlədən Fransadakı Koordinasiya Şuralarının fəaliyyətin mərkəzləşdirilməsindəki rolu, qarşıya çıxan çətinliklər barədə danışılıb, “Soydaşlar haqqında qanun”un qəbulu ilə bağlı dövlət orqanlarına müraciət olunduğu bildirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri soydaşlarımızın təkliflərini dinləyib, icmaların daha səmərəli işləmələri üçün geniş imkanlar yaradılması, xüsusilə azərbaycanlıların daha çox məskunlaşdığı yerlərdə yeni məktəblərin açılması ilə bağlı mövcud imkanlar müzakirə olunub.
Görüşdə Azərbaycanın Fransadakı səfirliyinin nümayəndələri də iştirak ediblər.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!