Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                        Partiya qurması səhv idi - AKP-dən Davudoğlu açıqlaması .....                       
Tarix : 23-05-2016, 11:08
Diaspor Komitəsi ilə DAK arasında fikir ayrılıqları mövcuddur


“DAK-ın parçalanmasında Cənubi Azərbaycanla bağlı fikir ayrılıqlarının təsiri çox olub. Şimaldan parçalanma meyli az olub. Konqresin parçalanmasında rolu olanlar DAK-dan narazılıqla uzaqlaşıb”.

Butov.az xəbər verir ki, bu sözləri Modern.az saytına Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədri, xalq şairi Sabir Rüstəmxanlı deyib.

Diasporla İş üzrə Dövlət Komitəsi ilə sədri olduğu DAK-ın münasibətlərindən danışan Sabir Rüstəmxanlı deyib ki, komitə onların işinə mane olmur.

O, DAK-ın parçalanma səbəblərindən də danışıb:

“Kimlərsə bizə alternativ gözü ilə baxa bilər. Amma Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən bizim konqresin işinə maneçilik görməmişəm. Əksinə, komitə bizim də fikirlərimizi nəzərə alır, bəzi məsələlərdə yardımçı olur.

DAK-ın parçalanmasının əsas səbəbini İranın barmağında axtarmaq lazımdır. İlk parçalanma Avropa və Amerikada yaşayan cənubi azərbaycanlıların öz aralarındakı fikir ayrılıqları ilə bağlı olub.

Diasporla İş üzrə Dövlət Komitəsi ilə Dünya Azərbaycanlıları Konqresinin (DAK) normal münasibətləri var. Komitənin Avropa və digər ölkələrindəki toplantılarına bizim konqres də dəvət olunur. DAK rəhbərliyi olaraq orada sözümüzü deyir, mövqeyimiz bildiririk.

Konqresin idarə heyəti Bakıda yığışanda hökmən komitə rəhbərliyi səviyyəsində görüşümüz olur. Bəlkə də DAK-ın hansısa qolları ilə komitənin mənə bəlli olmayan gizli münasibətləri ola bilər”.

Sabir Rüstəmxanlı deyib ki, dövlət komitəsi ilə DAK arasında fikir ayrılıqları mövcuddur:

“Komitə dövlət təşkilatı olaraq, özünü bütün diaspor qurumlarının üstündə görür. Komitəyə alternativ kimi görünən və komitə ilə maraqları uyğun gəlməyən diaspor təşkilatları arasında müəyyən qısqanclıq olaq bilər.

Əlbəttə, DAK-ın ilk illərində Diaspora Komitəsi bizimlə daha yaxından maraqlanırdı. Əvvəllər bütün qurultaylarımızda iştirak edirdi, öz nümayəndələrini göndərirdi. Son vaxtlar müəyyən məsələlərdə fikir ayrılıqları yaranıb. Bu gün dövlət komitəsi bizim işimizə qarışmır.

Mən buna normal baxıram. Çünki komitə DAK-ın işinə qarışanda Avropa, Amerika və cənubdakı azərbaycanlıları elə düşünürdülər ki, DAK-ı dövlət komitəsi idarə edir. İndi öz işimizi müstəqil görürük”.

Xalq şairi bildirib ki, Azərbaycandan fərqli olaraq, başqa ölkələrin diaspor təşkiltaları dövlətə kömək edir, bizdə isə təşkilatlar hökumətin əlinə baxır:

“Azərbaycanla müqayisədə digər ölkələrin diaspor təşkilatları o qədər güclüdürlər ki, heç kimdən asılı deyillər.

Əksinə, mənsub olduqları xalqın müəyyən problemlərinin həllində öz dövlətlərinə kömək edirlər. Bu gün erməni və yunan diaspor təşkilatları öz dövlətlərinə yardım edir.

Xaricdəki diaspor təşkilatlarımız o qədər pərakəndə və dağınıqdırlar ki, hamısı Diasporla iş Üzrə Dövlət Komitəsindən yardım umurlar. Bu yardımı almayanda isə narazılıq başlayır. Diaspor təşkilatları müstəqil olmalıdır”.

Konqres sədri Diasporla İş üzrə Dövlət Komitəsinin xaricdəki diaspor təşkilatlarına maliyyə yardımı ayırma prinsiplərindən də danışıb:

“Dövlət komitəsi xaricdəki diaspor təşkilatlarına maliyyə yardımı ayıranda belə, dövlət siyasətini əsas götürür. Ona görə də daha çox özlərinə yaxın siyasi mövqelərə uyğun adamları axtarırlar. Çünki komitənin əsas məqsədi dövlətin sözünü deyən adamlarla bir yerdə işləməkdir.

Milli yanaşma baxımdan əslində Dövlət Komitəsi bütün diaspor təşkilatlarına eyni gözlə baxmalıdır. Amma komitə bu gün təmsil olunduğu komandanın siyasi maraqlarını əsa götürür. Buna görə də dövlət komitəsindən bundan artığını ummaq mümkün deyil”.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!