Sülh Dövründə Siyasi Kommunikasiya .....                        Ramazanın 12-ci gününün duası - İmsak və iftar vaxtı .....                        Paşinyan Türkiyə mediasına müsahibə verdi .....                        Sahibə Qafarova Gürcüstan prezidenti ilə görüşdü - FOTO .....                        Azərbaycan vətəndaşlarının böyrəyini satan ukraynalı qadın Polşada həbs edildi .....                        Türkiyə Suriyaya hərbi müdaxilə edəcək? - Ankaradan reaksiya .....                        Azərbaycanlı deputat erməni təxribatının qarşısını aldı .....                        Ermənistan Azərbaycanla yeni müharibəyə hazırlaşır - "Caliber" .....                        Şimali Makedoniya Prezidenti Heydər Əliyevin məzarını ziyarət edib .....                       
Tarix : 1-10-2019, 12:28
Şamil Sabiroğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ön cəbhədə zabit, gizir və əsgərlərlə görüşüb

“Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri,“Tərəqqi”medalının və “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalının mükafatçısı, müharibə veteranı, jurnalist Şamil Sabiroğlunun ictimai fəallığı çoxlarına yaxşı məlumdur. Son 4 il ərzində dövlətin maliyyə dəstəyi olmadan fəaliyyət göstərən ictimai birliyin uğurları göz önündədir. Birliyin fəalları Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondunun sədri, II dərəcəli müharibə əlili Ədalət Məhərrəmovla birgə milli vətənpərvərliyin gücləndirilməsi istiqamətində maraqlı tədbirlər keçirirlər. Sentyabrın 27-də “Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin yaradılmasının 12-ci ildönümü tamam oldu. Təşkilatın sədri Ş.Sabiroğlunun müraciətinə əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbərliyi vətənpərvər insanların Qərb bölgəsindəki hərbi hissələrdən birində maraqlı ədəbi-bədii gecə keçirmələrinə razılıq verdi. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Milli Məclisin deputatı Rövşən Rzayevin tapşırığına əsasən Birlik fəallarının cəhbə bölgələrinə gedib-qayıtmaları üçün “Sprinter” markalı avtomaşın ayrıldı.
Ş.Sabiroğlunun rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 28-də cəbhə bölgəsinə yollandı. Vətənpərvər insanları yola salanların arasında QHT fəalları da vardı.Tədbiri Birliyin Kütləvi Tədbirlər şöbəsinin rəhbəri, aparıcı və müğənni İslam Ələsgərli açdı. Ulu Öndər Heydər Əliyev və Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olan soydaşlarımızın əziz xatirəsi 1 dəq. sükutla yad edildi.
“Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri Ş.Sabiroğlu tədbir iştirakçılarını salamladı. Ş.Sabiroğlu qeyd etdi ki, Azərbaycanın Dövlət Başçısı cənab İlham Əliyev və Prezident Administrasiyasının rəhbərliyi ordu quruculuğuna çox ciddi fikir verirlər. General-polkovnik Zakir Həsənovun rəhbərliyi altında Silahlı Qüvvələrdə aparılan islahatlar göz qabağındadır. Artıq inkişaf etmiş ölkələrdə də təsdiq edirlər ki, II Qarabağ savaşı başlasa, Azərbaycan tərəf qalib gələcək. Şamil müəllim gələn qonaqları “N”saylı hərbi hissənin rəhbərliyinə təqdim etdi.
Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondunun sədri, II dərəcəli müharibə əlili Ədalət Məhərrəmov Şamil Sabiroğlunun rəhbərliyi altında hər ay bir hərbi hissədə tədbir keçirildiyini xüsusi vurğuladı. “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” ictimai birliyinin Nizami rayon Filialının sədri, Vətən müharibəsi veteranı Məhi Mehdiyev, həmin Təşkilatın Nizami rayon Filialının sədr müavini, Vətən müharibəsi veteranı İzzət Şirinov, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin və “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin sədr müavini xanım Dilbər Sultanova,“Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri xanım Türkanə Səfərova, “uğurmedia.az” saytının təsisçi və baş redaktoru Tərlan Abbasov, Bakı Dövlət Universitetinin I kurs tələbəsi Mətin Abdullasoy ön xətdəki “N” saylı hərbi hissənin şəxsi heyəti ilə görüşdən hədsiz məmnun olduqlarını qeyd etdilər. Dilbər xanım bildirdi ki, məhz buna görə də yeganə qız övladı Fidanın ön xətdə xidmət edən kapitan Səxavət Allahverdiyevlə ailə həyatı qurmasına etiraz etməyib.
Bakının Xətai rayonundakı 95 nömrəli məktəbin 3 c sinif şagirdlərinin(sinif rəhbəri Ofelya Babayeva) və Sabunçu rayonundakı 67 nömrəli məktəbin azyaşlı şagirlərinin ( sinif rəhbəri: Təranə Əlisoy) öz xətlərilə yazdıqları məktublar hərbi hissənin bir qrup zabit və əsgərinə təqdim olundu. Məktubları oxuyan zabit və əsgərlərin sevincdən gözləri yaşardı. “ARMY Market” əməkdaşları adından zabit və əsgərlərə hədiyyələr paylandı.
İstedadlı müğənni İslam Ələsgərli və gənc ifaçı Sevinc Nəsirova Vətənə, torpağa və Orduya həsr edilən mahnıları oxudular. Hər iki ifaçının çıxışları çox maraqla qarşılandı.
Şamil Sabiroğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ön cəbhədə zabit, gizir və əsgərlərlə görüşüb
Şamil Sabiroğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ön cəbhədə zabit, gizir və əsgərlərlə görüşüb


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!