İranda matəm elan edildi .....                        Sərxoş sürücü ağır qəza törətdi .....                        Tramp İranda hərəkətə keçir .....                        İranda 38 polis öldürülüb .....                        Qara Qarayevə yeni vəzifə verildi .....                        Minaya düşən şəxsin son durumu AÇIQLANDI .....                        İran hökuməti dəyişikliyə hazırdır - Pezeşkian .....                        Venesuelanı ABŞ qoruyacaq .....                        Ukrayna Xəzərdə neft obyektinə ZƏRBƏ ENDİRDİ .....                       
Tarix : 9-10-2017, 14:08
701-ci  hərbi hissənin 26 illiyinə tədbir həsr olunub



Butov.az - ın məlumatına görə, oktyabrın 9-da Azərbaycan Respublikası Vətən Müharibəsi Veteranları İctimai Birliyində 701 saylı hərbi hissənin Müharibə Veteranları Şurasının təşkilatçılığı ilə briqadanın yaradılmasının 26 illiyinə həsr edilmiş dəyirmi masa keçirilib.

Dəyirmi masanın rəsmi hissəsi oktyabr ayının 9-da Şəhidlər Xiyabanında şəhidlərimizin məzarlarınıziyarət və məşəlin önünə əklilin qoyulması ilə başlayıb, Azərbaycan RespublikasıVətən Müharibəsi Veteranlarıİctimai Birliyindədavam etdirilib.

Dəyirmi masada İctimai Birlik sədrləri, 701 saylı hərbi hissənin şəxsi heyəti, müharibə veteranları və ictimaiyyət nümayəndələri iştirak edib.

701 saylı h\h-nin Müharibə Veteranları Şurasının sədri e.o. polkovnik Əzizağa Qəni-zadənin, həmin hərbi hissənin tərbiyəvi işlər üzrə müavini, müharibə veteranı e.o. polkovnik-leytenant İntiqam Mirzəyevin, e.o. polkovnik-leytenant Qurban Qurbanovun məruzə və çıxışları dinlənilmiş, mövzu ətrafında müzakirələr aparılib.

Dəyirmi masanın ədəbi-bədii hissəsi saat 14.00-da furşetlə tamamlanıb.

701 saylı hərbi hissə haqqında qısa arayış:

701 saylı briqada 09 oktyabr 1991-ci ildə təşkil olunan 18110 saylı hərbi hissənin əsasında yaradılmışdır. 18110 saylı hərbi hissə ilk döyüşünü 11 dekabr 1991-ci ildə Kərkicahan kəndi uğrunda aparmış, 8 yanvar 1992- ci ildə isə “Daşaltı” əməliyatında iştirak edərək 85 nəfər şəhid və çoxlu sayda əsgər və zabiti isə yaralanmışdır.
1992-ci ilin noyabrından 1993-cü ilin aprelinədək və 1994-cü ilin fevral-mart əməliyyatlarında 701 saylı briqadanın şəxsi heyəti Laçın və Kəlbəcər rayonlarında gedən gərgin döyüşlərdə iştirak etmiş, bu döyüşlərdə mənəvi-psixoloji, fiziki dözümlülük, rəşadət, şücaət və qəhramanlıq nümayış etdirmişdirlər.
701 saylı briqada Qarabağ müharibəsində bütün döyüş əməliyyatlarında ən gərgin nöqtələrdə düşmənə qarşı igidliklə vuruşmuş, şəxsi heyəti əsgərdən tutmuş yüksək rütbəli zabitə kimi öz imkan və qabiliyyətləri çərçivəsində vəzifələrini mətanətlə, ləyaqətlə, vicdanla yerinə yetirmişdirlər.
Briqadanın əsgər və zabitlərindən 4 nəfər – baş\ l-nt Nəsrəddinov Rafiq Hüseyn oğlu, baş\l-nt Nəcəfov Yunis İsa oğlu, baş\l-nt Quliyev Adil Sahib oğlu və baş\l-nt Nəzərli Hikmət Baba oğlu Azərbaycan Milli Qəhrəmanı adına, 11 nəfər Azərbaycan Bayrağı ordeninə layiq görülmüş və 18 nəfər isə igidliyə görə medalı ilə təltif edilmişlər.


Paylaş



Bölmə: Ana seife / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!