Cəlilabad sakinini avtomobil vuraraq öldürüb .....                        Körpə 10-cu mərtəbədən yıxıldı, sağ qaldı .....                        Epşteynin şəbəkəsinin İngiltərə bağlantıları .....                        İsrail “Hizbullah” mövqelərini vurdu .....                        Ramazanın 9-cu gününün duası - İmsak və iftar vaxtları .....                        Sərhəddə əməliyyat: 22 Taliban üzvü öldürüldü - YENİLƏNİB .....                        Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır .....                        Tələbələrin şəkillərini yayan şəxs SAXLANILIB .....                        Cəriməsi olana kredit verilməyəcək? .....                       
Tarix : 14-10-2019, 11:09
Komitə sədri Cəlil Məmmədquluzadənin nəticəsi ilə görüşüb
Diasporla İş üzrə Dölət Komitəsinin nümayəndə heyəti Polşadakı Azərbaycan icması ilə görüş keçirilib.
Butov.az xəbər verir ki, komitdən Azvision.az -a verilən məlumata görə, görüşdə Dövlət Komitəsinin sədri Fuad Muradov iştirak edib. Polşa Azərbaycanlıları Birliyi, Varşava Azərbaycanlıları Birliyi, olşada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi və Polşa Azərbaycanlıları Assosiasiyası, eləcə də bu təşkilatların ətrafında həmrəy olan onlarla azərbaycanlının iştirakı ilə keçirilən tədbir dövlət himnimizin səsləndirilməsi ilə başlayıb.
F.Muradov Polşada keçirilən görüşlərin əhəmiyyətindən və səmərəsindən danışıb. Komitə sədri bildirib ki, dünya azərbaycanlılarına sonsuz hörmət və qayğının əsasını ümummilli lider Heydər Əliyev qoyub və bu siyasət eyni səviyyədə davam edir.
Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri Həsən Həsənov Polşadakı Azərbaycan icmasının fəaliyyətindən danışıb, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin Polşaya ilk səfərini müsbət qiymətləndirib və görüşlərin olduqca səmərəli keçdiyini qeyd edib. Səfir “Azərbaycan diasporunun polyak dostları” adlı bir qrupun formalaşdırılmasının da gələcəkdə əhəmiyyətli ola biləcəyini təklif kimi səsləndirib.
Dövlət Komitəsinin sədri Cəmil Məmmədquluzadənin nəticəsi və onun oğlunun görüşdə iştirakının xüsusi önəm daşıdığını diqqətə çatdırıb. C.Məmmədquluzadə nəslinin davamçıları olan Martin Cavanşiri və onun oğlu Przemek Cavanşirini xüsusi salamlayıb, onların burada olmasının böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Daha sonra F.Muradov Polşada və ümumiyyətlə Avropada Azərbaycan diasporunun fəaliyyəti, müxtəlif ölkələrdə açılan “Qarabağ” Azərbaycan məktəbləri, idmançılarımızın beynəlxalq yarışlarda iştirakı zamanı xaricdə yaşayan azarkeşlərin fəallığı, türkdilli diasporların birgə işləməsinin səmərəsi və s. haqqında danışıb.
Azərbaycan Diasporuna Dəstək Fondunun rəhbəri Elşad Əliyev görüş iştirakçılarına Fondun, Polşadakı Azərbaycan Ticarət Evinin rəhbər Nemət Nağdəliyev isə rəhbərlik etdiyi təşkilatın fəaliyyəti haqqında ətraflı məlumat veriblər.
Sonda C.Məmmədquluzadə nəslinin davamçılarına xatirə hədiyyələri və Azərbaycanla bağlı kitablar verilib. Polşadakı Azərbaycan icması ilə görüş qarşılıqlı fikir mübadiləsi ilə yekunlaşıb.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!