Şiviloğulları ocağının yurd həsrətli .....                        Özbəkistandan gətirilən arı ailələri təhlükəlidir - XƏBƏRDARLIQ .....                        Rusiya Azərbaycan XİN-ə cavab hazırlayır .....                        Prezident və birinci xanım Beynəlxalq Təlim Mərkəzinin açılışında - FOTO .....                        Hörmüzdən keçən gəmilər İrana ödəniş edəcək .....                        Qətər İrandan kompensasiya tələb etdi .....                        Hörmüz boğazının açıq olduğuna inanırıq - Pentaqon .....                        “Azərbaycan Nəşriyyatı”nda işlər başlayır .....                        Atəşkəs sonrası ilk zəng: Azərbaycanın İrana verdiyi siyasi mesaj .....                       
Tarix : 29-10-2019, 14:41
SOCAR-ın qayığında PARTLAYIŞ: 1 ölü, 3 yaralı

29 oktyabr saat 13.30 radələrində Gürgan qəsəbəsinin yaxınlığında dənizin dayaz hissəsində seysmik kəşfiyyat işlərində istifadə edilən partlayıcı maddəni təyinat nöqtəsinə aparan ekspedisiyanın qayığında partlayış baş verib.
Butov.az xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, nəticədə Şirkətin əməkdaşı Məmmədov Habil Gülməmməd oğlu həlak olub:
“Hadisə yerində olan Şirkətin əməkdaşları Vəliyev Azər Vaqif oğlu, Paşayev Bəhruz Rafiq oğlu və müqavilə əsasında xidmət göstərən qayıqçı Xəlilov Böyükağa Məmmədağa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb və təcili yardım maşını ilə 5 saylı şəhər xəstəxanasına çatdırılıb”.
Qeyd edilib ki, partlayıcı maddələr dəniz seysmik kəşfiyyat işlərində geniş istifadə olunur və daşınma müddətində tam təhlükəsiz vəziyyətə gətirilir.
“Gürgan istiqamətində seysmik kəşfiyyat işləri yeni qazılacaq quyuların yerinin dəqiqləşdirilməsi üçün aparılmalı idi.
Hadisənin başvermə səbəblərini müəyyən etmək üçün müvafiq komissiya yaradılmışdır. Hazırda hadisə yerində araşdırma aparılır və nəticəsi barədə ictimaiyyətə məlumat veriləcəkdir.
Azərbaycan neftçiləri olaraq, həlak olmuş həmkarımızın yaxınlarına başsağlığı verir, ruhuna Allahdan rəhmət diləyirik”,-SOCAR bəyan edib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!