Laçında möhtəşəm atəşfəşanlıq .....                        İstanbuldan Azərbaycanın iki şəhərinə birbaşa uça biləcəyik .....                        Kurtulmuş yenidən sədr seçildi .....                        Atambayev barədə həbs qərarı verildi .....                        Ceyhun Bayramov Keniya Prezidenti ilə görüşdü .....                        Deputat parlamentdə özünün çılpaq fotosunu göstərdi .....                        Onlar Vardanyanın məhkəməsində ifadə verdilər .....                        Daha iki tiktoker azadlığa buraxıldı .....                        Prezident bu məhkəmələrə hakim təyin etdi - SİYAHI .....                       
Tarix : 17-09-2013, 10:37
Qaxda yeni tikilən evdə partlayış olub,yaralılar var


Qax rayonunda yeni inşa edilən evdə partlayış baş verib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə sentyabrın 16-da axşam saat 21:00 radələrində rayonun Zərnə kəndində Məmmədov Əfəndi Abdulhəmid oğluna məxsus, yeni inşa edilən birmərtəbəli, ümumi sahəsi 150 kv.m olan 4 otaqlı evdə baş verib.

Ustalıq fəaliyyəti ilə məşğul olan rayonun Turaclı kəndinin sakini, 1993-cü il təvəllüdlü Hüseyinli İsmayıl Əli oğlu və rayonun Marsan kəndinin sakini, 1984-cü il təvəllüdlü İbişov Yalçın İbiş oğlu evin döşəməsinə “dolğu” adlanan kimyəvi boyanı sürtən zaman evdə qəfildən partlayış olub. Partlayışdan sonra İsmayıl Hüseynlinin və Yalçın İbişovun işlədiyi otaqda və evin eyvanında qısamüddətli alovlanma baş verib. Alovlanma nəticəsində evin eyvanının tavan hissəsinə vurulmuş “lanbir” 10 kv.m sahədə yanaraq yararsız hala düşüb.

Hadisə yerinə gələn Fövqaladə Hallar Nazirliyinin Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşlarının səyi nətəcəsində evin yanmasının qarşısı alınıb.

İsmayıl Hüseynli və Yalçın İbişov isə aldıqları müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb. Qax MRX-dan APA-ya verilən məlumata görə, xəstəxanaya yanıq xəsarətləri ilə daxil olan İsmayıl Hüseynliyə bədəninin 45 faizi yandığı üçün I və II dərəcəli texniki yanıq diaqnozu qoyulub. İ.Hüseynlinin vəziyyəti orta-ağır hesab olunur, müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir.

Yalçın İbişovun bədənində yanıq xəsarətləri yüngül olduğu üçün xəstəxanada ilkin yardım göstərildikdən sonra o, ambulator müalicə almaq üçün evə buraxılıb.

Faktla bağlı FHN-nin Qax rayon DYMH-də araşdırma aparılır.


Paylaş



Bölmə: Xəbər / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!