İranda matəm elan edildi .....                        Sərxoş sürücü ağır qəza törətdi .....                        Tramp İranda hərəkətə keçir .....                        İranda 38 polis öldürülüb .....                        Qara Qarayevə yeni vəzifə verildi .....                        Minaya düşən şəxsin son durumu AÇIQLANDI .....                        İran hökuməti dəyişikliyə hazırdır - Pezeşkian .....                        Venesuelanı ABŞ qoruyacaq .....                        Ukrayna Xəzərdə neft obyektinə ZƏRBƏ ENDİRDİ .....                       
Tarix : 31-10-2019, 14:33
FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti 30 oktyabr 2019-cu il tarixində Qaz Emalı Zavodunun 1, 1A, 2 və 4, 4A, 4B nömrəli çənlər parkında "Çənlərdə saxlanılan neft məhsullarında və qaz kondensatlarında baş vermiş yanğının söndürülməsi" mövzusunda yanğın-taktiki təlim keçirib.
Butov.az-ın APA-ya istinadən xəbərinə görə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Qərargah rəisi daxili xidmət polkovniki Əkbər Novruzovun rəhbərliyi ilə keçirilən yanğın-taktiki təlimdə yanğın zamanı Qaz Emalı Zavodunun texniki heyətinin hərəkətlərini, obyekt rəhbərliyinin fəaliyyətini, birinci və sonrakı yanğınsöndürmə rəhbəri tərəfindən yanğın yerində kəşfiyyatın aparılmasını, yanğında vəziyyətin qiymətləndirilməsini, döyüş hərəkətlərinin həlledici istiqamətlərə yönəldilməsini məşq etdirmək qarşıya məqsəd qoyulub.
Təlimdə, həmçinin vəzifəli şəxslərin yanğın yerinə gələnə qədər texnikanın qarşılanması, yerləşdirilməsi və idarə olunması, əməliyyat sənədlərinin hazırlanması, yanğın zamanı rabitə və arxa sahənin təşkili, yanğın zamanı ilkin hərəkətlər də məşq etdirilib. Tədbirdə döyüş əməliyyatlarının aparılması zamanı şəxsi heyətin texniki təhlükəsizlik qaydalarına riayət etməsi də diqqət mərkəzində duran vəzifələrdən olub.
Təlimdən əvvəl "Yanğından mühafizə xidmətində rəis heyətinin taktiki hazırlığı üzrə Təlimat"ın tələblərinə uyğun olaraq, Qaz Emalı Zavodunun ərazisi, əməliyyat-taktiki və digər mühüm əhəmiyyətli xüsusiyyətləri müzakirə olunub, yanğın-taktiki təlimə start verilərək şərti yanğının söndürülməsi üçün müəyyənləşdirilmiş plan üzrə zəruri tədbirlər həyata keçirilib.
Tədbirdən sonra əməkdaşların şərti yanğının söndürülməsi zamanı fəaliyyəti müzakirə olunub, şəxsi heyətin yanğında yaranmış şəraiti düzgün qiymətləndirmək, onun mürəkkəbləşə biləcəyi şəraitdə nəticələrini qabaqcadan görmək, yanğında döyüş hərəkətlərinin həlledici istiqamətlərini düzgün təyin etmək bacarıqları qiymətləndirilib. Yanğından mühafizə hissələrinin yanğın-taktiki təlimdə hərəkətləri təhlil edilərək əldə olunmuş müsbət təcrübənin gələcəkdə tətbiqi, mövcud nöqsanların aradan qaldırılması, həmçinin gələcəkdə döyüş hərəkətlərinin təkmilləşdirilməsi istiqamətində səmərəli tədbirlərin hazırlanması ilə bağlı tovsiyələr verilib.
FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!