2028-ci ildə keçiriləcək prezident seçkilərində də namizədəm - Sinan Oğan .....                        Konstitusiya dəyişikliyi təklifimizi yenidən parlamentə təqdim edəcəyik - Ərdoğan .....                        Ər-Riyadda İran səfirliyinin açılış mərasimi baş tutdu .....                        Ermənistan öhdəliklərinə əməl etməklə bağlı çağırışlarımıza məhəl qoymur .....                        Ərdoğanın sədrliyi ilə keçirilən iclas 4 saat davam etdi .....                        3 istiqamətdə fikir ayrılığımız var - Ceyhun Bayramov .....                        Erməni silahlı dəstələri fortifikasiya qurğularını quraşdırmağa cəhd etdi .....                        Erməni silahlı qüvvələri mövqelərimizi atəşə tutdu .....                        XİN başçısı ATƏT-in növbədənkənar iclasında çıxış etdi .....                       
Tarix : 3-12-2019, 12:51
Milli Qəhrəman Yusif Əliyevin xatirəsi anılıb

Azərbaycanın Milli Qəhrəmanı Yusif Əliyevin 50 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Butov.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) APA-ya verilən məlumata görə, tədbirdə şəhidin atası Əliyusif Əliyev, oğlu İsmayıl Əliyev və ailə üzvləri, Qaradağ Rayon İcra Hakimiyyəti (İH) başçısının müavini Təranə İsmayılova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, İH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov, Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondunun sədri Ədalət Məhərrəmov, Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin Nərimanov rayon nümayəndəliyinin sədri Ədhəm Məmmədov, Qaradağ Rayonu Çevik Polis Alayının əməkdaşı Fuad Bayramov, 195 nömrəli tam orta məktəbin direktoru Laçın Hüseynli, ziyalılar, məktəb direktorları, müəllimlər, şagirdlər, valideynlər və KİV nümayəndələri iştirak ediblər.
Bakı şəhəri 195 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə keçirilən tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Çıxış edən BŞTİ-nin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov Prezident İlham Əliyevin 6 iyun 1992-ci il tarixli fərmanı ilə Yusif Əliyevin ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülməsi barədə danışıb. Qeyd edib ki, bu gün dövlətin, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasət şəhidlərimizə, Milli Qəhrəmanlarımıza, şəhid ailələrinə sonsuz ehtiramın nümunəsidir.
B.Məmmədov 195 nömrəli tam orta məktəbin şagirdlərini Yusif Əliyev kimi qəhrəmanın adını daşıyan məktəbdə təhsil aldıqları üçün çox şanslı olduqlarını vurğulayıb.
Tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova Yusif Əliyevin Azərbaycanın ilk milli qəhrəmanları sırasına daxil olduğunu bildirib. Torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canını qurban verən Yusif Əliyevin heç zaman unudulmayacağını bir daha diqqətə çatdırıb.
Milli Qəhrəmanın atası Əliyusif Əliyev övladının xatirəsinin əbədiləşdirilməsinə dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib. Qeyd edib ki, milli qəhrəmanlara, şəhidlərə göstərilən yüksək ehtiram onların qurban getdikləri müqəddəs amalların dövlət və cəmiyyət üçün əsas meyar olduğunu bir daha sübuta yetirir.
Sonra tədbirdə Milli Qəhrəman Yusif Əliyevin həyat yolundan bəhs edən film nümayiş olunub. Daha sonra şagirdlərin ifasında Milli Qəhrəmana həsr olunmuş şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiyalar nümayiş olunub.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2023    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!