“Qarabağ” “Neftçi”ni darmadağın etdi - Finala yüksəldi .....                        Qazi anasına görə intihar etdi .....                        İraq Prezidenti COP29-a dəvət edildi .....                        Aytmatovun abidəsi dostluğumuzun rəmzinə çevriləcək .....                        Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi .....                        Qırğızıstan Prezidenti Bakını seyr etdi - FOTO .....                        Japarovun şərəfinə ziyafət verilir .....                        Qırğızıstan Prezidenti Fəxri Xiyabanda - FOTO .....                        Nəsib Quliyevin intihar səbəbləri - Hüquqşünas-kriminalist danışdı .....                       
Tarix : 6-12-2019, 13:14
Prezident konfrans iştirakçılarına təbrik məktubu göndərdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizinin (TRASEKA) 20 illik fəaliyyətinə həsr olunmuş yubiley konfransının iştirakçılarına təbrik məktubu ünvanlayıb.
Təbrik mətnində deyilir:
"Hörmətli konfrans iştirakçıları!
Əziz qonaqlar!
Sizi – Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizinin 20 illik fəaliyyətinə həsr olunmuş yubiley konfransında salamlayır və hər birinizi bu əlamətdar tədbir münasibətilə təbrik edirəm.
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci il sentyabrın 7-8-də 9 ölkənin (Azərbaycan, Türkiyə, Gürcüstan, Ukrayna, Moldova, Rumıniya, Bolqarıstan, Özbəkistan, Qırğızıstan) dövlət başçısının, 13 beynəlxalq təşkilatın və 32 dövlətin nümayəndə heyətinin iştirakı ilə tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxalq konfransın Bakı şəhərində keçirilməsi ölkəmizin TRASEKA Proqramına verdiyi xüsusi önəmin və diqqətin təzahürüdür. Bu konfransın yekununda Avropa İttifaqının TRASEKA Proqramı əsasında “Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş” imzalanmışdır. Bundan əlavə, 2001-ci il 21 fevral tarixində Bakı şəhərində ümummilli lider Heydər Əliyevin iştirakı ilə TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinın açılışı olmuşdur.
Fəaliyyət göstərdiyi 20 il ərzində TRASEKA Proqramı üzv ölkələr arasında multimodal daşımaların təşviqi, tranzit daşımalar üçün əlverişli şəraitin yaradılması, ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi sahələrində əməkdaşlığın genişləndirilməsi, habelə həmin ölkələrin iqtisadi potensialının artırılması işinə mühüm töhfələr vermişdir.
Azərbaycan Respublikası Avropa-Qafqaz-Asiya regionunda nəqliyyat dəhlizlərinin və əlaqəli infrastrukturun inkişaf etdirilməsinin vacibliyini tanıyaraq, bir sıra layihələrin həyata keçirilməsi üçün sərmayələr yatırır, ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlıq edir. Bununla bağlı xüsusilə vurğulamaq istərdim ki, Azərbaycan region üçün vacib layihələrin təşəbbüskarı olmaqla yanaşı, həm də Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizi kimi vacib beynəlxalq layihələrin əsas həmicraçısı, beynəlxalq nəqliyyat dəhlizlərində daşımaların, o cümlədən multimodal infrastrukturun təşviqinə dəstək verən Şərq-Qərb və Cənub-Qərb avtomobil yolları, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və digər yerli layihələrin icraçısıdır.
Nəqliyyat sahəsində əməkdaşlığa böyük diqqət yetirən Azərbaycan Respublikası qarşıdakı dövrdə Proqramın fəaliyyətini ölkələrimizin nəqliyyat sektorlarının inkişafı baxımından yeni mərhələnin başlanğıcı kimi qiymətləndirir. Bu fəaliyyətin uğurla aparılması üçün ölkəmiz bundan sonra da Proqramın prioritet istiqamətləri üzrə daha vacib layihələrin gerçəkləşməsində davamlı iştirak edəcəkdir.
Əminəm ki, konfrans çərçivəsində aparılan müzakirələr və qəbul edilən sənədlər Proqramın gələcək fəaliyyətinin daha səmərəli həyata keçirilməsi üçün əlverişli zəmin yaradacaqdır".


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!