İmişlidə 2 avtomobil toqquşub - 4 yaralı var .....                        Neftçalada qəza - 15 yaşlı yeniyetmə öldü .....                        Xocalı faciəsinin siması İlham Quliyev vəfat etdi .....                        ABŞ Azərbaycan qazı üçün dəhliz hazırlayır .....                        Ukrayna münaqişəsi ilə bağlı mühüm danışıqlar başa çatıb .....                        İran sualtı gəmilərini işə saldı .....                        Qrenlandiya ilə bağlı əmr: Döyüşə hazır olun! .....                        Ermənistana gələnlər gedənlərdən çox olub - 35 ildə ilk .....                        ABŞ bazalarına ölümcül zərbələr endirəcəyik - SEPAH generalı .....                       
Tarix : 16-12-2019, 14:11
“Azəri-Çıraq-Günəşli-25” kitabı ictimaiyyətə təqdim olundu
BP və onun Azəri-Çıraq-Günəşli layihəsindəki tərəfdaşları – “SOCAR”, “Chevron”, “İNPEX”, “Equinor”, “ExxonMobil”, “TPAO”, “İTOCHU”, “ONGC Videsh Ltd (OVL)” – bu gün Azərbaycanın yeni neft dövrünün 25 illik tarixinin əsaslı tədqiqatını özündə əks etdirən kitabın təqdimatını keçiriblər.
Butov.az xəbər verir ki, BP-dən Trend-ə verilən məlumata görə, bu kitab 20 sentyabr 1994-cü il tarixində “Əsrin müqaviləsi”nin imzalanmasının 25-ci il dönümü münasibətilə dərc edilib və AÇG səhmdarlarının Azərbaycanın yeni tarixindəki bu əlamətdar hadisənin qeyd olunmasına töhfəsidir.
BP-nin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli: “İnanırıq ki, bu kitab AÇG yataqları haqqında etibarlı informasiya mənbəyi kimi xidmət edəcək. Ötən 25 il ərzində AÇG haqqında məlumatlar Azərbaycanda və Azərbaycandan kənarda dərc edilmiş, neft sənayesi ilə bağlı, demək olar ki, bütün nəşrlərdə öz əksini tapıb, amma ilk dəfədir ki, bu möhtəşəm uğur hekayəsinin bütün aspektləri bir kitabda toplanıb.
1994-cü ildən bu vaxtadək əldə olunmuş nailiyyətlər Azərbaycan üçün, Azərbaycan xalqı və regiondakı digər dövlətlər üçün, BP və AÇG müqaviləsindəki digər tərəfdaşlar kimi şirkətlər üçün, AÇG layihələrində işləmiş və işləməyə davam edən minlərlə yerli əməkdaş üçün, layihəyə cəlb edilmiş yüzlərlə Azərbaycan şirkəti üçün müstəsna əhəmiyyət kəsb edib. Bu nəşri dəstəkləməklə biz - BP və AÇG-dəki tərəfdaşlarımız - bu müqavilənin bizim həyatımızda və bütün ölkənin inkişafına gətirib çıxarmış hər bir sahədə oynadığı mühüm rolu bir daha vurğulamaq istəmişik.”
Şəkillərlə zəngin bu 190 səhifəlik kitabda AÇG-nin uğur hekayəsi üç bölmədə təsvir edilir-
1) Sovet dövründə AÇG-nin kəşfi və bu yataqların ilkin işlənməsi;
2) AÇG 1994-cü ildən bu günədək: dünya səviyyəli apstrim (kəşfiyyat və hasilat) və midstrim (emal və nəqletmə) infrastrukturunun yaranması;
3) Azərbaycanın AÇG yatağından gəlirləri – xarici valyuta ehtiyatları; artan dövlət büdcəsi və pensiya fondu gəlirləri; neft-qaz sənayesinə xidmət göstərmək imkanına malik çoxsaylı yerli podratçılar; BP və onun AÇG müqaviləsindəki tərəfdaşlarının sosial sahənin inkişafına qoyduğu dayanıqlı sərmayələr.
Kitab 500 nüsxədə dərc edilib və bu nüsxələrin hamısı universitetlərə, tədqiqatçılara, kitabxanalara və biznes icmasının üzvlərinə təqdim ediləcək.
Tədqiqatın və kitabın müəllifi biznes sahəsində aparıcı jurnalist və beynəlxalq miqyasda tanınmış iqtisadçı-analitik İlham Şabandır. İlham Şaban Azərbaycanın enerji sənayesi haqqında və bu sənayenin yalnız yeri tələbatdan deyil, həm də geo-siyasi və geo-iqtisadi proseslərdən irəli gələn inkişafı barədə dərin biliklərə və böyük təcrübəyə malikdir.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!