Vaşinqtondan Əliyev-Paşinyan görüşünə reaksiya .....                        ANAMA-nın əməkdaşı və nişanlısı avtomobillə kanala düşdü .....                        Atamın və qardaşlarımın başlarını kəsiblər... - Məhkəmədə ifadə verdilər .....                        “Qarabağ” Cica ilə yollarını ayırdı .....                        İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatdı .....                        Avropa Əliyev-Paşinyan görüşünü dəstəklədi: Sülh sazişinə çağırış .....                        Sahibə Qafarova Tuzlaya getdi .....                        Almaniyada meyiti tapılan tələbə Lənkəranda dəfn edildi .....                        Ukraynadan 30 uşaq Azərbaycana gətirildi .....                       
Tarix : 10-05-2017, 11:50
Bu ilin I rübü üzrə AÇG blokunda hasilatın həcmi açıqlanıb

Bu ilin I rübündə Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan gündəlik hasilat orta hesabla 581 min barel və ya ümumilikdə 52 mln. bareldən artıq, yəni 7,1 mln. tondan artıq olub.
Butov.az “Report”-a istinadən xəbər verir ki, bu barədə AÇG blokunun əməliyyatçısı olan “BP Exploration (Caspian Sea) Ltd.” şirkətinin məlumatında qeyd edilib.
Bu ilin I rübündə AÇG-dən hasilat ötən ilin analoji dövrü ilə müqayisədə 11% azalıb.
“Rüb ərzində AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. Birinci üç ay ərzində gündəlik “Çıraq” platformasından 55 min, “Mərkəzi Azəri” platformasından 124 min, “Qərbi Azəri” platformasından 112 min, “Şərqi Azəri” platformasından 75 min, “Dərinsulu Günəşli” platformasından 121 min və “Qərbi Çıraq” platformasından 94 min barel olmaqla hasilat gündə orta hesabla 581 min barel və ya ümumilikdə 52 mln. bareldən artıq, yəni 7,1 mln. tondan artıq təşkil edib. Rübün sonunda AÇG-də ümumilikdə 107 neft hasilat quyusu və 48 qaz və su injektor quyusu istismarda olub”, - deyə məlumatda qeyd olunub.
Bu ilin ilk 3 ayı ərzində AÇG-də 5 neft hasilat quyusu, 2 suvurma quyusu qazılıb.


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!