Sabahın havası .....                        Ürəyi sağlam saxlamağın sirri .....                        Prezident Sevil Əliyevanı təltif etdi .....                        İsraillə HƏMAS arasında əsir mübadiləsi başladı .....                        Ermənistan 42 km-lik Zəngəzur dəhlizini niyə 2 ilə tikmək istəyir? .....                        Qaradağda vulkan püskürüb - İki nazirlikdən AÇIQLAMA - VİDEO .....                        Moskva Azərbaycanın tələblərini yerinə yetirir - Rusiyalı politoloq .....                        Trampa Nobel mükafatı düşür? - Putin cavab verdi .....                        Bakı metrosunda ölüm .....                       
Tarix : 5-01-2021, 17:05
Azərbaycanda rəqəmli bacarıqlar üzrə tədris portalı yaradılıb

Azərbaycan əhasilinin, o cümlədən xanımların rəqəmli bacarıqlarının artırılması və informasiya-kommunikasiya texnologiyalarından istifadəsi üzrə biliklərinin inkişafı məqsədilə onlayn tədris portalı yaradılıb.

Butov.az "Report"-a istinadən xəbər verir ki, “iktlab.edu.az” onlayn tədris portalı İKT və rəqəmli bacarıqlar üzrə video dərslərdən ibarət ödənişsiz onlayn təlimləri təqdim edir. Portala ana dilimizdə hazırlanmış İKT və rəqəmli texnologiyalar üzrə müxtəlif mövzulara həsr edilən təlimlər yerləşdirilib. Bu kurslar sayəsində istifadəçilər interaktiv formada onlayn təlimlərdə iştirak edəcəklər. Hazırda portalda rəqəmli bacarıqların əsasları, internet texnologiyalarından istifadə və digər bu kimi kurslar üçün video məlumatlar mövcuddur. Yaxın gələcəkdə rəqəmsal marketinq və proqramlaşdırma kursları ilə bağlı materiallar da portala yerləşdiriləcək.

Tədris portalının yaradılmasının məqsədi ölkəmizin hər bir nöqtəsində əhalinin, xüsusilə xanımların ödənişsiz əsaslarla bilik və bacarıqlarının artırılmasına dəstək verməkdir. Təlimləri uğurla başa vuran şəxslər portal üzərindən dərhal sertifikatlarını əldə edə bilərlər.

Onlayn layihə nazirliyin və Beynəlxalq Telekommunikasiya İttifaqının dəstəyi, eləcə də “İKT LAB” Tətbiq və Tədris Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilir. Portal “Qadınlar üçün multimedia onlayn kurs və veb-portalın inkişafı” adlı layihə çərçivəsində hazırlanıb.

Bu layihə Ümumdünya Telekommunikasiya İnkişaf Konfransının Regional Təşəbbüslər Çərçivəsi üzrə regional layihələrin reallaşdırılması qərarına əsasən icra olunur.

Qeyd edək ki, https://iktlab.edu.az/ portalında yerləşdirilən təlimlərə qatılmaq üçün qeydiyyatdan keçməyiniz yetərlidir.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!