Türkitə Kiprə F-16-lar göndərir - KİV .....                        Belarusun müdafiə naziri azərbaycanlı həmkarına zəng etdi .....                        “Qənirə Paşayeva mükafatı”nın builki qalibi məlum oldu .....                        “Avroviziya 2026”da Azərbaycan təmsilçisi məlum oldu .....                        Azərbaycan-İran sərhədində yük maşınlarının hərəkətinə icazə verildi .....                        Tramp İrandan kapitulyasiya tələb etdi: "Heç bir razılaşma olmayacaq" .....                        Prezident Azərbaycan qadınlarını təbrik etdi .....                        Milli Məclisin Komissiyası Naxçıvanla bağlı bəyanat qəbul etdi .....                        Azərbaycan Beynəlxalq Mülki Aviasiya Təşkilatına müraciət etdi .....                       
Tarix : 25-01-2021, 11:49
Ötən il Azərbaycanda baş verən yol qəzalarında 696 nəfər ölüb, 1410 nəfər xəsarət alıb
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ötən il baş verən yol-nəqliyyat hadisələri ilə bağlı statistikanı açıqlayıb.

Butov.az xəbər verir ki, BDYPİ-dən APA-ya verilən məlumata görə, 2020-ci il ərzində respublika ərazisində baş vermiş 1587 yol-nəqliyyat hadisəsi nəticəsində 696 nəfər həlak olub, 1410 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Bakı şəhəri üzrə isə 460 yol-nəqliyyat hadisəsində 169 nəfər ölüb, 387 nəfər yaralanıb.

Hadisələrin analizi göstərir ki, 1534 yol-nəqliyyat hadisəsi sürücülər tərəfindən (piyadalar tərəfindən - 42) yol hərəkəti qaydalarının pozulması nəticəsində baş verib ki, onların da 656-sı (42,7%) sürücülərin nəqliyyat vasitələrini yüksək sürətlə idarə etməsi, 466-sı (30%) qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma və ötmə qaydalarının pozulması səbəbindən baş verib.

Hadisələrin növləri içərisində piyadanı vurmaq (664 - 41,8%) və toqquşma (529 - 33%) yenə də üstünlük təşkil edir. Həlak olan 696 nəfərdən 320-i piyada, 194-ü sürücü, 158-i sərnişin, 20-si velosipedçi, o cümlədən 131-i qadınlar, 35-i isə uşaq və yeniyetmə olub: "2019-cu ilin müvafiq dövrü ilə müqayisədə ümumi hadisələrin sayı 283 (-15,1%), ölənlərin sayı 125 (-15,2%) və yaralananların sayı 292 nəfər (-17,2%) azalsa da, bu statistik rəqəmlərin hələ də ciddi narahatlıq doğurduğunu nəzərə alaraq, bütün hərəkət iştirakçılarını diqqətli olmağa, yol hərəkəti qaydalarına riayət etməyə, həm özlərinin, həm də digər şəxslərin həyat və sağlamlığı üçün təhlükə yaratmamağa çağırırıq".


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!