Ər-arvad dəm qazından zəhərləndi .....                        Ermənistanda rus hərbçinin meyit tapıldı .....                        Qurbanovdan xəbərdarlıq: "Hər şey əldən gedə bilər.." .....                        Lukaşenko 7-ci dəfə prezident seçildi .....                        "Roma"dan səfər qələbəsi .....                        HƏMAS atəşkəs razılaşmasını pozub - İsrail .....                        Belarusda prezident seçkiləri baş tutmuş elan edildi .....                        Belarusda prezident seçkiləri baş tutmuş elan edildi .....                        Belarusda prezident seçkiləri baş tutmuş elan edildi .....                       
Tarix : 25-01-2021, 11:56
Şuşanın Mamay məhəlləsindəki məscid və bulaq erməni vandalizminə məruz qalıb - FOTOLAR

Azərbaycanın mədəni paytaxtı və bütün Qafqazın incisi hesab olunan Şuşa şəhəri tarixi, mədəniyyət və memarlıq abidələri ilə zəngindir. Ermənilər işğal etdikləri digər rayon və şəhərlərdə olduğu kimi Şuşada da tarixi keçmişimizi, mənəvi yaddaşımızı silmək istəyiblər. Şəhərdəki mədəniyyət ocaqları, abidələr, tarixi-memarlıq nümunəsi olan tikililər talan edilib, dağıdılıb və ya erməniləşdirilib.

Butov.az AZƏRTAC-a istinadən xəbər verir ki, qədim Şuşada 17 məhəllə olub. Şuşa məhəllələrinin doqquzu aşağı məhəllə, qalan səkkizi isə yuxarı məhəllələr sayılırdı. Hər məhəllədə hamam, məscid və bulaq var idi. Digər qədim məhəllələrdə olduğu kimi, Mamay məhəlləsindəki tarixi-memarlıq nümunəsi olan tikililər də erməni vandalizminə məruz qalıb.

Mamay məhəlləsi Şuşanın mərkəzi hissəsində yerləşir. Şuşanın digər məhəllələri kimi burada da məscid, bulaq, kiçik meydan və hamam olub. Şuşada tarixi keçmişimizi silməyə çalışan ermənilər XIX əsrin yadigarı olan məscidi dağıdıblar.

Mamay məhəlləsindəki bulaq da erməni vandalizminə məruz qalan tikililərdəndir. Vaxtilə bulağın yuxarı hissəsində kitabə olub. Kitabədə bulağın hicri tarixi ilə 1318-ci ildə, yəni miladi təqvimi ilə 1900-cu ildə Səməd ağa Cavanşir tərəfindən tikildiyi yazılıb. Erməni işğalçıları Şuşa şəhərindəki bir çox abidələr kimi Mamay bulağını da erməniləşdirməyə çalışıblar. Belə ki, bulağın üzərindəki yazılar silinib və yerinə xaç işarəsi həkk olunub. Bundan başqa ermənilər saxtakarlıq edərək bulağın daşlarının üzərinə erməni və rus dilində yazılmış lövhə də həkk ediblər.

Qeyd edək ki, 1954-cü ildə Haaqada qəbul edilmiş “Silahlı münaqişələr zamanı mədəni abidələrin qorunmasına dair Konvensiya”ya əsasən, hücum edən tərəfin mədəni mülkiyyətə hörmət edib qorumaqla yanaşı, həm də işğal altında saxladığı ərazilərdə də bu mülkiyyətin formasının dəyişdirilməsinin, bir yerdən başqa yerə köçürülməsinin, oğurlanmasının yolverilməz olduğu qeyd olunur.




Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!