İsrail parlamentində İrana qarşı mümkün müharibə müzakirə olunur .....                        Temperatur 4-6 dərəcə enəcək, bəzi yerlərdə qar yağacaq .....                        On şagirdin zəhərləndiyi məktəb bufeti BAĞLANDI .....                        İranla müharibənin başlama ehtimalı ÇOX BÖYÜKDÜR .....                        Cenevrə danışıqları çətin keçdi, lakin zəruri idi .....                        Müdafiə Nazirliyinin sabiq rəisi rüşvətdə ittiham olunur .....                        "Amnesty International"ın bəyanatı əsassız və böhtan xarakterlidir .....                        Azərbaycanda 1 biletlə iki dəmir yolundan istifadə etmək olacaq .....                        İlham Əliyev Xalq şairini “Heydər Əliyev” ordeni ilə təltif etdi .....                       
Tarix : 20-05-2021, 15:47
Mehdiabad qəsəbəsində məktəb direktorunun qanunsuz əməlləri ilə bağlı araşdırmalar aparılır
Abşeron Rayon Prokurorluğu Mehdiabad qəsəbəsi 5 nömrəli tam orta məktəbin direktoru Samirə Əkbərovanın vətəndaşı işə düzəltmək adı ilə rüşvət almasına dair bəzi kütləvi informasiya vasitələrində dərc olunan məlumatlara münasibət bildirib.

Butov.az xəbər verir ki, Rayon prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, Abşeron Rayon Prokurorluğuna daxil olmuş müraciət əsasında aparılmış ilkin yoxlama zamanı 5 nömrəli tam orta məktəbin direktoru Samirə Əkbərovanın etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə vətəndaşdan qızını Bakı şəhəri ərazisində yerləşən məktəblərin birində ixtisası üzrə işlə təmin edəcəyini vəd etməklə 7 min manat məbləğində pul vəsaitini almaqla dələduzluq etdiyi müəyyən olunub.

Faktla bağlı Cinayət Məcəlləsinin 178.2.3-cü, 178.2.4-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri aparılmaqla cinayət əməllərinə yol vermiş şəxslər müəyyənləşdirilərək istintaqa cəlb olunacaqlar.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!