Maduronun həbsi zamanı 80 nəfər öldürülüb .....                        Oğuzda qəza oldu - Yaralı var .....                        Növbəti hədəf Qrenlandiyadır? .....                        "Real Madrid" öz meydanında 5 qol vurdu .....                        Maduronun mühafizəçiləri öldürülüb .....                        Atasının telefonunu oğurlayıb Bakıda 60 manata satdı – 1 aylıq həbs edildi .....                        Maduronun məhkəməsinin tarixi açıqlandı .....                        Zelenski onu da işdən çıxardı .....                        Venesuelada heç bir ABŞ qoşunu yoxdur .....                       
Tarix : 25-12-2020, 11:46
Prokurorluq əməkdaşı olduğunu deyərək dələduzluq etməkdə təqsirləndirilən şəxs tutulub

Qəhrəmanov Pərvin İftixar oğlunun qanunsuz hərəkətləri barədə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciət əsasında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Butov.az xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aparılmış ilkin istintaqla Qəhrəmanov Pərvin İftixar oğlunun özgənin əmlakını ələ keçirmək məqsədilə özünü Azərbaycan Respublikasının Baş Prokurorluğunun yüksək vəzifəli əməkdaşı kimi təqdim edib vətəndaşa Dövlət Neft Şirkətində mühafizəçi vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib sonuncuya məxsus 5 min manat məbləğində pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək dələduzluq etməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Qeyd edilən qanunsuz hərəkətləri ilə Pərvin Qəhrəmanov prokurorluq orqanı əməkdaşının cəmiyyətdə qəbul olunan nüfuzuna xələl gətirməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəyib.

İş üzrə toplanmış ilkin sübutlar əsasında Pərvin Qəhrəmanov Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq), 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 32.4-cü, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində məhkəmənin müvafiq qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayətin təfərrüatlarının, eləcə də hər hansı digər şəxslərin cinayətdə iştirakının müəyyənləşdirilməsi istiqamətində tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla fiziki şəxsin pozulmuş hüquqlarının bərpası istiqamətində zəruri tədbirlər davam etdirilir.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!