Venesuelanın növbəti lideri kim olacaq? - Trampdan cavab .....                        Mikroavtobus dirəyə çırpıldı - Ölən var .....                        Venesuelanın vitse-prezidenti Rusiyaya qaçdı .....                        Azərbaycanda Ramazan ayı bu tarixdə başlayır .....                        Maduro yataq otağında tutulubmuş .....                        Türkiyədən Venesueladakı hadisələrə reaksiya .....                        Din pərdəsi altında diktatura - İran rejimi öz sonuna yaxınlaşır? .....                        Venesuela Prezidenti və xanımı barədə bu ittihamlar irəli sürülüb .....                        Prezident ailəsi ilə birgə Şahdağda - FOTO .....                       
Tarix : 17-07-2021, 10:42
Dövlət Komitəsində Türkiyədən gələn qonaqlarla görüş keçirilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ölkəmizə gələn Türkiyə Milliyyətçi Həkimlər Birliyinin nümayəndə heyəti ilə görüşüb.

Butov.az Modern.az-a istinadən xəbər verir ki, görüşdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun torpaqlarımızı Ermənistanın işğalından azad etməsi nəticəsində yüz minlərlə həmvətənimizin yurd həsrətinə son qoyulduğu, böyük qayıdışa hazırlıq görüldüyü bildirilib, 44 günlük Vətən müharibəsində ölkəmizə və xalqımıza göstərdiyi mənəvi-siyasi dəstəyə görə qardaş Türkiyəyə minnətdarlıq ifadə edilib. Qeyd olunub ki, ölkəmizdə qaçqınlara və məcburi köçkünlərə dövlət tərəfindən daim diqqət və qayğı göstərilir. Onların problemlərinin həllinə Birinci vitse-prezident Mehriban xanım Əliyeva xüsusi həssaslıqla yanaşır. Diqqətə çatdırılıb ki, məcburi köçkünlərin mütləq əksəriyyəti tezliklə doğma yurdalarına qayıtmaq arzusundadır. Beynəlxalq normalara uyğun olaraq, qayıdışın könüllülük prinsipi əsasında, təhlükəsiz şəraitdə və ləyaqətlə həyata keçirilməsi üçün Azərbaycan dövləti bütün zəruri tədbirləri görür.

Türkiyə Milliyətçi Həkimlər Birliyinin sədri Semih Uşaklioğlu səmimi söhbətə görə təşəkkür edib. Bildirib ki, Azərbaycana səfərinin əsas məqsədi şəhid ailələrini ziyarət, qaziləri müayinə etməkdən ibarətdir. Səfər iyulun 24-dək davam edəcək.

Xatırladaq ki, Türkiyə Milliyətçi Həkimlər Birliyi artıq 3 ildir ki, Ağdam, Tərtər, Bərdə rayonları və Bakı şəhərində qurbanlar kəsib şəhid ailələrinə, məcburi köçkünlərə, müharibə əlillərinə, veteranlara və aztəminatlı ailələrə paylayırlar. Birlik üzvləri ilə Vətən müharibəsi zamanı və pandemiya dönəmində TƏBİB vasitəsi ilə tibbi ləvazimatlar göndərib, eləcə də birliyin üzvü olan həkimlərdən bir neçəsi yaralıları müayinə və müalicə etmək məqsədi ilə qardaş Azərbaycana səfər edib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, qonaqları maraqlandıran suallar cavablandırılıb.

Görüşdə ölkəmizdə fəaliyyət göstərən Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli də iştirak edib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!