İsrail parlamentində İrana qarşı mümkün müharibə müzakirə olunur .....                        Temperatur 4-6 dərəcə enəcək, bəzi yerlərdə qar yağacaq .....                        On şagirdin zəhərləndiyi məktəb bufeti BAĞLANDI .....                        İranla müharibənin başlama ehtimalı ÇOX BÖYÜKDÜR .....                        Cenevrə danışıqları çətin keçdi, lakin zəruri idi .....                        Müdafiə Nazirliyinin sabiq rəisi rüşvətdə ittiham olunur .....                        "Amnesty International"ın bəyanatı əsassız və böhtan xarakterlidir .....                        Azərbaycanda 1 biletlə iki dəmir yolundan istifadə etmək olacaq .....                        İlham Əliyev Xalq şairini “Heydər Əliyev” ordeni ilə təltif etdi .....                       
Tarix : 5-02-2021, 13:42
Məcburi köçkünlərin qayıdışı müzakirə olundu

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev fevralın 5-də BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsi Quido Ambroso ilə görüşüb.
Butov.az xəbər verir ki, Komitədən Azvision.az-a verilən məlumata görə, qeyd olunub ki, münaqişənin davam etdiyi 30 ilə yaxın dövr ərzində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə keçmiş məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər həyata keçirilib. Məcburi köçkünlərin sosial problemlərinin həllinə Birinci vitse-prezident xanım Mehriban Əliyeva da xüsusi diqqət və qayğı göstərir, bu sahədə mühüm işlər görür.

Qonağa işğal dövründə ərazilərimizə dəymiş ziyanın qiymətləndirilməsi, zəruri infrastruktur layihələrinin həyata keçirilməsi istiqamətində görülən işlər haqqında məlumat verilib. Bildirilib ki, ərazilərin minalardan təmizlənməsi işi sürətləndirilib, yaşayış yerlərinin bərpası zamanı “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyasına üstünlük verilməsi nəzərdə tutulur. Ölkə rəhbərinin tapşırığı əsasında, işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı, Böyük Qayıdışın həyata keçirilməsi üçün Strateji Fəaliyyət Planı və Tədbirlər Planı hazırlanıb.

Komitə sədri məcburi köçkünlərin artıq öz daimi yaşayış yerlərinə qayıdışına hazırlıq aparıldığını diqqətə çatdırıb. Bu prosesin beynəlxalq normalara uyğun həyata keçirilməsi, dinc əhalinin təhlükəsiz və ləyaqətli şəkildə qayıdışının təmin edilməsi mühüm vəzifə kimi qarşıya qoyulub.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsi Quido Ambroso qeyd edib ki, təmsil etdiyi qurum qaçqın və məcburi köçkünlərlə bağlı öhdəsinə düşən vəzifələrlə bağlı əməkdaşlıq etməyə hazırdır, bu istiqamətdə səylərini əsirgəməyəcək.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!