“Toyunda hədələdi, sonra da öldürdü” - Faciəvi qətlin detalları .....                        İran ABŞ-nin 48 saatlıq atəşkəs təklifini rədd edib .....                        Təyyarə yaşayış binasına çırpıldı .....                        Sumqayıtda qardaş qardaşı bıçaqladı .....                        Türkiyə və Azərbaycan hərbçilərinin təlimi keçirilib .....                        Son 10 mövsümün tamaşaçı rekordu .....                        Əfqanıstanda güclü zəlzələ oldu .....                        “Zirə” Azərbaycan çempionu oldu .....                        Bakının mərkəzindəki bu yol BAĞLANACAQ .....                       
Tarix : 1-10-2019, 14:44
“Qaçqınkom”a daxil olan əsas müraciətlər bu məsələlərlə bağlı olub
Oktyabrın 1-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.
Butov.az Modern.az-a istinadən xəbər verir ki, qəbula gələnlərin hər birinin müraciəti dinlənilib və müvafiq qaydada qeydə alınaraq rəsmiləşdirilib. Müraciətlər, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq, status və digər məsələlərlə bağlı olub.
Məcburi köçkünlərə bir daha bildirilib ki, onların problemlərinin həlli Prezident İlham Əliyevin sosial siyasətinin prioritet istiqamətlərdəndir. Bu kateqoriyadan olan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün mühüm tədbirlər görülür və bu proses mərhələli şəkildə həyata keçirilir. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın ən ağır şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillə birinci növbədə təmin edilməsi barədə tapşırığı icra olunur.
Komitədə vətəndaşların müraciət hüququnun sərbəst və könüllü həyata keçirilməsi üçün zəruri olan şərait yaradılıb. Qəbula gələn vətəndaşların qaldırdıqları məsələlər diqqətlə araşdırılır və mövcud qanunvericilik çərçivəsində həll edilir.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!