Vaşinqtonda Azərbaycanın dövlət rəhbərliyinə qarşı təxribatın qarşısı alınıb .....                        Gəncədə 38 yaşlı kişini BIÇAQLADILAR .....                        "Fənərbağça" İngiltərə klubuna uduzub - YENİLƏNİB .....                        UEFA Çempionlar Liqasında həftənin futbolçusu seçildi .....                        Sülh Netanyahunun dəstəyi ilə mümkün olub .....                        Şəkidə dağlıq ərazidə baş verən yanğın söndürüldü - YENİLƏNİB .....                        Bu şəxslərin hərbi xidmət QAYDASI DƏYİŞƏCƏK .....                        Tokayev Tramp adına sülh mükafatı təklif edib .....                        Vaşinqtonda Sülh Şurasının ilk iclası başa çatıb - YENİLƏNİB .....                       
Tarix : 24-02-2015, 13:02
GRBS Şirkətlər Qrupunun rəhbəri Bəhram Qurbanov sahibkarlara müraciət edib

Son bir neçə ayda qlobal iqtiadiyyatda baş verən bir sıra proseslər neftin qiymətinin azalması və dolların qlobal miqyasda bahalaşması milli valyutamız olan manatın məzənnəsinə ucuzlaşdırıcı təzyiqləri artırdı. Bu kimi qlobal çağırışlara operativ cavab vermək və daxili iqtisadiyyatda istehsal olunan məhsulların beynəlxalq rəqabət qabiliyyətini artırmaq məqsədilə Mərkəzi Bankın İdarə Heyəti 21 fevral 2015-ci il tarixli qərarla manatın məzənnəsində korreksiya etdi.
Manatın məzənnəsinin ucuzlaşması təbii olaraq idxal olunan malların qiymətində zamanla müəyyən artıma səbəb ola bilər. Ancaq təəssüflə bildirməliyik ki, məlum qərardan sonra son günlər yerli məhsulların satışında və yerli xidmət sektorunda tamamilə əsassız süni qiymət artımı hallarına rast gəlirik. Tələsik verilmiş qərarlarlar nəticəsində baş verən süni qiymət artımları insanlar arasında haqlı narazılığa və geniş sosial ajiotaja səbəb olur. Bu isə öz növbəsində qiymətlərin daha da bahalaşması və əhalinin alıcılıq qabiliyyətinin sürətlə azalması ilə nəticələnir.
GRBS Şirkətlər Qrupu olaraq bildirmək istəyirik ki, bu məsələdə dövlətimizin və xalqımızın maraqlarını öz korporativ maraqlarımızdan üstün tuturuq.
Beləliklə, şirkətlərimizə məxsus xidmətlərdən heç birinin qiymətində hətta maliyyə itkiləri hesabına olsa belə artım olmayacaqdır. Hesab edirik ki, belə bir vəziyyətdə hər bir Azərbaycan sahibkarı spekulyativ qərarlardan uzaq durmalı, vətəndaşlar isə daha da təmkinli davranaraq süni qiymət artımının iştirakçısına çevrilməməlidir.


Paylaş



Bölmə: Xəbər / Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!