Xəzər dənizindən qum-çınqıl oğurlayanlar saxlanıldılar .....                        HƏMAS bu şərtlə tərksilaha razıdır .....                        Rusiya Peçenej su anbarının bəndinə zərbə endirdi .....                        Merz: Almaniya həmişə İsrailin təhlükəsizliyini müdafiə edəcək .....                        Benində dövlət çevrilişinə cəhdin qarşısı alınıb - YENİLƏNİB .....                        Rusiya Ukraynaya hücum edib - ölənlər var .....                        Dünyada yeni müharibə ocağı – təhlükə artır .....                        İrandan ABŞ-yə ŞƏRTLƏR .....                        İran Məclisinin nümayəndə heyəti Moskvadadır .....                       
Tarix : 5-05-2022, 10:47
İstanbul-Azərbaycan Dostluq Dərnəyinin sədri Elm Tarixi İnstitutunun qonağı olub
İstanbul-Azərbaycan Dostluq Dərnəyinin sədri Xuraman Ağasoy Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) qonağı olub.

Görüşdə Elm Tarixi İnstitutunun Baş direktoru, tarix üzrə elmlər doktoru, professor Məryəm Seyidbəyli 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən ölkədə bir sıra silsilə tədbirlərin həyata keçirildiyini bildirib.

İnstitut direktoru Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı və “Zəfər Qurultayı” adlanan tədbir haqqında, eləcə də Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsininin dəstəyi ilə “Şuşa İli”nə töhfə olaraq Elm Tarixi İnstitutunun ərsəyə gətirdiyi “Azərbaycan mühacirəti tarixində Şuşanın görkəmli şəxsiyyətləri” adlı yeni kitab layihəsi barədə qonağa məlumat verib.

M.Seyidbəyli qeyd edib ki, nadir mənbələr, əlyazmalar və arxiv sənədləri əsasında tərtib olunan kitabda 1752-1920 və 1920-1991-ci illərə qədər Şuşada anadan olmuş, təhsil almış və fərqli səbəblərdən mühacirət etmiş görkəmli şəxslər haqqında məlumatlar əks olunub. Professor bildirib Qarabağ ərazisində müstəqil idarəetmə üsulunun-xanlıq sisteminin yaradılmasından Sovetlər Birliyinin dağılmasına qədər zaman aralığını əhatə edən kitab dövr haqqında özünəməxsus xarakterik xüsusiyyətləri əhatə edir.

Sonra İstanbul-Azərbaycan Dostluq Dərnəyinin sədri Xuraman Ağasoy çıxış edərək Azərbaycan dövlətinin yürütdüyü diaspor siyasətinin əhəmiyyətindən danışıb. Türkiyədə Azərbaycan diasporunun fəaliyyəti və perspektivləri barədə məlumat verən dərnək rəhbəri Şuşaya aparan Zəfər yolu boyunca keçirdiyi hisləri və düşüncələrİ bölüşüb və qısa zaman kəsiyində xeyli iş görüldüyünü deyib.

İstanbulda fəaliyyət göstərən Azərbaycan Dostluq Dərnəyinin orada yaşayan azərbaycanlıların bir qismini əhatə etdiyini qeyd edən X.Ağasoy həmvətənlərimizin müharibədən sonra Qarabağın, Şuşanın bərpası, insanların mənəvi reabilitasiyası ilə bağlı bütün tədbirləri diqqətlə izlədiyini, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün öz səylərini əsirgəmədiyini bildirib.

Daha sonra İnstitutun əməkdaşları akademik Validə Əlizadə, elmi katib, dosent Zaur Əliyev, Tarixşünaslıq və mənbəşünaslıq şöbəsinin müdiri, dosent Ziyad Əmrahov, Elm tarixinin nəzəri və metodoloji problemləri şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev və digərləri çıxış edərək Elm Tarixi İnstitutunda görülmüş işlər haqqında danışıblar.

Sonda qonağa tarixçi alim Ziyad Əmrahovun yeni dərc olunan “İrəvan quberniyasının tarixi” kitabı hədiyyə edilib.


ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!