Sabah Azərbaycan Ermənistana neft göndərəcək .....                        Kadırov da həbs edilsin! - Zelenskidən təklif .....                        Ərdoğan qalmaqallı xəbəri təkzib etdi .....                        Xaricdə döyüşmüş 6 nəfər SAXLANILDI .....                        Astarada ağır yol qəzası - Ər-arvad xəsarət aldı .....                        Ermənistan Azərbaycana qarşı təxribatı maliyyələşdirir .....                        DİN sürücülərə çağırış etdi .....                        Prezident Nəsibə Zeynalovanın oğlunu təltif etdi .....                        Prezident bu şəxsləri təltif etdi - SİYAHI .....                       
Tarix : 5-05-2022, 16:23
“Azərsu” tərəfindən yanvar-aprel aylarında 305 anbar yuyularaq təmizlənib
“Azərsu” ASC istehlakçıların su təminatının yaxşılaşdırılması, keyfiyyətli və dayanıqlı içməli su ilə təmin edilməsi istiqamətində kompleks tədbirlər həyata keçirir. Bakı şəhəri və Abşeron yarımadasında, həmçinin regionlarda yerləşən mərkəzi və məhəllədaxili su anbarlarının yuyulması işləri qrafikə uyğun davam etdirilir.

Butov.az xəbər verir ki, ASC-dən AZƏRTAC-a bildirilib ki, təsdiqlənmiş təlimata uyğun olaraq “Azərsu”nun balansında olan su anbarları ildə ən azı bir dəfə yuyulur və dezinfeksiya olunur. Bu məqsədlə anbarlar tamamilə boşaldılır və onların dib hissəsi lil çöküntülərindən təmizlənir. Daha sonra anbarların istismara yararlı olub-olmaması mütəxəssislər tərəfindən ciddi şəkildə yoxlanılır, təhlükə doğura biləcək yerlər müəyyənləşdirilərək bərpa işləri aparılır. Dezinfeksiya işləri aparıldıqdan sonra suyun keyfiyyətinə dövlət nəzarətini həyata keçirən Gigiyena və Epidemilogiya Mərkəzinin təqdim etdiyi arayışlar əsasında anbarlar yenidən istismara buraxılır. İstismar dövründə hər gün anbarlardan su nümunələri götürülərək Mərkəzi Laboratoriyada analiz olunur.

Bu sahədə işlər hazırda da intensiv qaydada davam etdirilir. Cari ilin yanvar-aprel aylarında ümumi həcmi 490 min kubmetr olan 305 mərkəzi və məhəllədaxili anbar yuyularaq təmizlənib və dezinfeksiya edilib. Ümumilikdə, bu il Bakı şəhəri və Abşeron yarımadasında, həmçinin regionlarda ümumi həcmi 1 milyon kubmetrdən çox olan 870 anbarın yuyulub təmizlənməsi nəzərdə tutulur.

“Azərsu” ASC-nin balansında olmayan və mənzil-tikinti kooperativlərinə (MTK) məxsus su anbarları da ildə ən azı bir dəfə yuyulub təmizlənməlidir. Bununla bağlı MTK rəhbərləri məlumatlandırılır, əhaliyə verilən içməli suyun təhlükəsizliyi üçün anbarların yuyulub-təmizlənməsinin zəruri olduğu onların diqqətinə çatdırılır.

MTK-lər su anbarlarının yuyulub təmizlənməsi üçün bu sahədə ixtisaslaşmış təşkilatlara və ya ASC-nin yerli sukanal idarələrinə müraciət edə bilər. Anbarların yuyulması tərəflər arasında bağlanmış müqaviləyə uyğun olaraq kooperativlərin vəsaiti hesabına həyata keçirilir. Yuyulub-təmizləndikdən sonra anbarların istismarına Gigiyena və epidemiologiya mərkəzlərinin rəyi əsasında icazə verilir.




Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!