Belqradda Azərbaycan-Serbiya sənədləri mübadilə olundu .....                        ABŞ İran neftini daşıyan tankeri ələ keçirdi .....                        Prezidentlər mətbuata bəyanatla çıxış etdilər .....                        Serbiyaya təbii qaz ixracının həcmi artırılacaq - İlham Əliyev .....                        Moskvaya PUA hücumu .....                        Azərbaycan-Serbiya Strateji Tərəfdaşlıq Şurasının iclası olub .....                        Polşa nüvə silahı əldə etmək istəyir .....                        Sumqayıtda kişi dəm qazından öldü .....                        Yollarda görünüş məsafəsi məhdudlaşacaq .....                       
Tarix : 16-03-2021, 15:56
Binəqədidə 1000-ə yaxın sakinin içməli su təchizatı əsaslı şəkildə yaxşılaşacaq - FOTOLAR

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) Bakı şəhəri və ətraf qəsəbələrdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir. Səhmdar Cəmiyyətin daxili imkanları hesabına Binəqədi rayonunun Binəqədi qəsəbəsində yeni layihənin icrasına başlanıb.

Butov.az xəbər verir ki, ASC-dən Trend-ə bildirilib ki, İcrasına bu ilin mart ayında başlamış layihə Binəqədi qəsəbəsi 2-ci Mədən 87-ci korpus adlanan ərazini əhatə edir. Həmin ərazidə mərkəzləşdirilmiş içməli su şəbəkəsi mövcud deyil. Burada içməli su təchizatı əhali tərəfindən fərdi qaydada yaradılmış və tikinti normalarına cavab verməyən şəbəkə hesabına aparılır. Əhali tərəfindən fərdi qaydada və pərakəndə şəkildə çəkilmiş xətlər və quraşdırılmış paylayıcı kollektorlar normal su təchizatına imkan vermir. Uzun illərdir istismar olunaraq yararsız vəziyyətə düşmüş su xətlərində tez-tez baş verən qəzalar sistemdə sabit hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə səbəb olur, eləcə də suyun keyfiyyəti üçün müəyyən risklər yaradır. Xüsusilə yay aylarında belə şəbəkə vasitəsilə istehlakçıların normal içməli su təchizatını aparmaq mümkün olmur.

Əhalinin dayanıqlı və keyfiyyətli içməli su ilə təmin edilməsi, dəqiq uçotun qurulması, su itkilərinin qarşısının alınması üçün “Azərsu” ASC tərəfindən daxili imkanlar hesabına reallaşdırılan layihə çərçivəsində müxtəlif diametrli polietilen borularla 2 km uzunluğunda yeni içməli su şəbəkəsi tikilir. Layihənin əhatə etdiyi ərazidə 200-dən artıq fərdi evə və obyektə çıxışlar verilir və sayğaclar quraşdırılır.

Tikinti-quraşdırma işlərinin cari ilin aprel ayının əvvəllərində başa çatdırılması nəzərdə tutulur. Bu layihə çərçivəsində Binəqədi qəsəbəsi 2-ci Mədən 87-ci korpus adlanan ərazidə yaşayan 1000-ə yaxın sakinin içməli su təchizatı əsaslı şəkildə yaxşılaşacaq.
Qeyd edək ki, “Azərsu” ASC-nin daxili imkanları hesabına hazırda Binəqədi rayonu ilə yanaşı Abşeron, Səbail, Sabunçu, Suraxanı, Xəzər rayonlarında, həmçinin regionlarda Hacıqbul, Saatlı, Tovuz rayonlarının kənd və qəsəbələrində içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələrin icrası davam etdirilir.



Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!