İrandakı etirazlarda 5 yaşlı uşaq güllələnib .....                        İrəvandakı iranlılar Pəhləvinin qayıtmasını istəyirlər .....                        Bakıda SSRİ bayrağı müzakirələrə səbəb oldu - VİDEO .....                        ABŞ ordusu hücuma başladı .....                        İranda Qasım Süleymaninin portretini yandırdılar .....                        ABŞ İranı bombalayacaq .....                        “Fənərbaxça”ya məğlub olan “Qalatasaray”dan gözlənilməz qərar .....                        ABŞ İran xalqına kömək etməyə hazırdır - TRAMPDAN SƏRT MESAJ .....                        İran səfirliyində dövlət bayrağı dəyişdirildi .....                       
Tarix : 23-06-2022, 14:56
Şəhid anası Jurnalistlər Binasına köçdü

Tanınmış jurnalist Şakir Eminbəyli 2017-ci ildə 2-ci Jurnalistlər binasında ona verilən mənzili şəhid ailələrindən birinə bağışlayacağına söz vermişdi. Jurnalist vədini yerinə yetirib.

Mənzilin yeni sahibi – şəhid anası artıq Jurnalistlər binasına köçüb.

Butov.az-ın Modern.az-a istinadən məlumatına görə, Jurnalistlər binasına yerləşən şəhid anası Vətən müharibəsində həlak olmuş Yusif Budaqovun anası Lətafət Budaqovadır.

Şəhid Yusif Ramiq oğlu Budaqov 1997-ci ilin 11 oktyabrında dünyaya gəlib. Ailənin yeganə övladı olub…2003-2014-ci illərdə Bakı şəhərindəki 132 saylı orta məktəbdə təhsil alıb.

Orta məktəbi bitirdikdən sonra, 2015-2017-ci illərdə hərbi xidmətdə olub, 2016-cı ilin Aprel döyüşlərində iştirak edib. Atası dünyadan erkən köçdüyündən ailənin yükünü daşıyan Yusif Bakı şəhərindəki klinikada işə düzələrək, baş texnik vəzifəsində çalışıb.

Vətən müharibəsi başlayan ərəfədə səfərbərliyə cəlb olunub…

Daha sonra döyüşlərdə iştirak edib…

23 yaşını oktyabrın 11-də müharibədə - səngərdə döyüş yoldaşları ilə birlikdə qeyd edib…

Doğum günündən bir neçə gün sonra Füzuli istiqamətində döyüşlərdən birində həlak olan şəhidin nəşi oktyabrın 30-da anasına, yaxınlarına təhvil verilib. Onu 2020-ci il oktyabrın 31-də də Badamdar qəbiristanlığında dəfn ediblər…

Ölümündən sonra Prezident İlham Əliyevin sərəncamları ilə “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, "Vətən uğrunda" medalları ilə təltif olunub.
Qeyd edək ki, Şəhid anası Lətafət xanım indiyə kimi 1 otaqlı, təmirsiz mənzildə kirayə yaşayırdı.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!