Türkiyə 24 ildən sonra dünya çempionatında oynayacaq .....                        Ağdamda 22 yaşlı şəxs dayısı qızını üzündən bıçaqladı .....                        Azərbaycanda elektron siqaretlər qadağan olunub .....                        Türkiyə yığmasının baş məşqçisi huşunu itirdi - FOTO .....                        Azərbaycan bayrağı Ankarada Cümhuriyyət qülləsində .....                        Zaqatalada qəza - Xəsarət alanlar var .....                        Azərbaycanda bəzi ailələrə yeni mənzillər veriləcək .....                        Fidan HƏMAS nümayəndələri ilə görüşdü .....                        Tramp: İran artıq məğlub edilib .....                       
Tarix : 2-08-2022, 22:10
Özünü DTX əməkdaşı kimi tanıdan iş xanımı həbs edilib


Özünü DTX əməkdaşı kimi tanıdan iş xanımı həbs edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində bir neçə nəfərə qarşı dələduzluq edən qadına hökm oxunub. Butov.az xəbər verir ki, 1988-ci il təvəllüdlü Ağdam sakini Elnarə Həsənova Cinayət Məcəlləsinin 178 (dələduzluq), 310 (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 312-ci (Rüşvət vermə) maddələri ilə təqsirli bilinərək ona 6 il müddətinə həbs cəzası verilib. Araşdırmalar zamanı məlum olub ki, Elnarə Həsənova Mingəçevirdə yaşayıb, daha sonra isə Bakıya köçərək paytaxtda restoran işlədib. O, 2020-ci ilin may ayında ona müraciət edən şəxsdən nəvəsi A.Rəşidlini Kürdəmir ASAN Xidmət Mərkəzinə işə düzəldəcəyini bildirərək 7 min manat alıb. Həmin ilin sentyabrında isə Elnarə Bakıda işlətdiyi restoranda ofisiant işləyən şəxsin İrandan Azərbaycana narkotik keçirərkən tutulan qardaşı Elşən Nəzərovun həbsdən azad etdirəcəyi vədi ilə onun ailəsindən 34 min manat pul alıb. Həmin vaxt özünü Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim edən qadın qarşı tərəfə yüksək vəzifəli şəxslər arasında tanışlarının olduğunu bildirib və E.Nəzərovun üzərindəki maddələri götürdərək onu həbsdən buraxdıracağını bildirib. Lakin o, xeyli miqdarda pul aldığı şəxslərə verdiyi vədə əməl etməyib. Hüquq-mühafizə orqanlarına müraciət edildikdən sonra Elnarə Nəzərova Kürdəmir sakinindən aldığı 7 min manatı geri qaytarıb. Digər şəxsdən aldığı pulların böyük hissəsini isə xərclədiyi üçün qaytara bilməyib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!