Erməni idmançıların “Arsax” adlı musiqidən istifadə etməsinə qarşı tədbir görülüb .....                        Vensin Paşinyanla görüşü başladı .....                        Ukrayna ordusu əks-hücuma keçdi - kənd azad edildi .....                        Siyəzən sakini dəm qazından ölüb .....                        "Barselona"nın prezidenti istefa verdi .....                        36 yaşlı kişi dərmandan zəhərlənib öldü .....                        AXCP-nin rayon şöbəsinin sədri həbs edildi .....                        Bakıda Barış Mançonun xatirəsi anılacaq .....                        Prezident bu sazişi təsdiqlədi .....                       
Tarix : 20-11-2015, 08:36
Ərdəbil etirazlarında tutulan 3 azərbaycanlı fəal azadlığa buraxılıb



Son günlərdə Ərdəbildə fars irqçiliyinə qarşı keçirilən dinc etiraz aksiyasında tutulan 3 azərbaycanlı fəal Fərşid Piçqanlu, Behruz Şəhbazi və Məhyar Şəhbazi 11 günlük həbsdən sonra azadlığa buraxılıb.


Butov.az GunAZ TV-yə istinadən xəbər verir ki, fəalların müvəqqəti olaraq azadlığa buraxılması, onların ailələrinin qoyduğu 80 milyon tümənlik mülk girovu qarşılığında mümkün olub. Azərbaycanlı fəalların həbsdə saxlandığı müddətdə müxtəlif psixi (ruhi) təzyiqlərə məruz qoyulduğu bildirilir. ETTELAAT-ın rdəbil şöbəsinin əməkdaşları hər üç fəalı noyabrın 9-da tutub naməlum istiqamətə aparmışdılar.

Ərdəbil etirazlarında tutulan dinc fəalların isə hazırda şəhərin mərkəzi zindanında saxlandığı bildirilir.

Xatırladaq ki, noyabrın 6-da , İranın dini lideri ayətullah Əli Xamneyinin birbaşa nəzarətində olan Dövlət Televiziyasından yayımlanan “Fitilə” adlı proqramda Azərbaycan türkləri iyrənc bir şəkildə təhqir edilərək alçaldılıb.

Noyabrın 9-da İranın azərbaycanlılar yaşayan bütün əyalətlərində yüz minlərlə insan küçələrə axışaraq fars irqçiliyinə qarşı etiraz yürüşləri keçiriblər. Nəticədə Təbriz və Urmiyada ən azı 130 azərbaycanlı fəal tutulub, bir neçə adam bədən xəsarəti alıb, bir nəfər isə polis tərəfindən öldürülüb.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!