Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 24-11-2015, 12:19
Məişətdə zəhərli dəm qazından necə qorunmaq olar?



Məişətdə zəhərli dəm qazından necə qorunmaq olar?


Bu məsələ ilə bağlı kimya elmləri namizədi, baş elmi işçi Telman Süleymanov Butov.az vasitəsi ilə tövsiyyələrini verib:


Dəm qazı nədir?

Sənayenin, texnikanın, nəqliyyatın bugünkü inkişafı və kaminlərin, sobaların məişətdə geniş istifadəsi nəticəsində yaranan karbon 2-oksid (kimyəvi formulu CO) ətraf mühitə və insanlara ziyan vuran kimyəvi maddələrdən biridir. Məişətdə dəm qazı kimi tanınan karbon 2-oksid iysiz və rəngsiz zəhərli qazdır. O, karbohidrogenlərin, ağacın, daş kömürün və başqa üzvi materialların natamam yanmasından əmələ gəlir və daxili yanacaqla işləyən avtomobillərin, mətbəxdə və hamamda işlədilən xarab sobaların buraxdığı tüstüdə mövcud olur. Dəm qazı hava ilə qarışdıqda partlayışa və yanğına səbəb ola bilər. Ona görə azca da olsa dəm qazı sızması ehtimal edilən yerdə elektrik cihazlarını qoşmaq və siqaret çəkməkdən çəkinmək lazımdır.

Mənzildə dəm qazının miqdarı necə artır?

Havaların soyuq olduğu vaxtlarda məişətdə dəm qazı ilə zəhərlənmənin artması müşahidə olunur. Bu ondan irəli gəlir ki, isti günlərdən fərqli olaraq soyuq günlərdə yanacaq sərfi daha da artırılır və mənzilin pəncərələri isə bağlanır. Oksigen sərfi yanacağa uyğun olaraq çoxalsa da, havanın mənzilə axını dayanır və bu halda tüstü borusu da tüstünü çəkmir. Üstəlik də hamamdan istifadə edən şəxslər adi günə nisbətən daha isti su ilə çimdiklərindən su buxarı da vanna otağındakı oksigenin faizini daha da azaldaraq orada yanacağın natamam yanmasına şərait yaradır. Beləliklə həmin sahələrdə dəm qazının miqdarı təhlükəli həddə çatır.

Dəm qazı ilə zəhərlənmənin mexanizmi

Dəm qazı ilə zəhərlənmə insanlarda tənəffüs yolu ilə baş verir və onun qanda olan dəmirlə asan reaksiyaya girərək karboksihemoqlobin əmələ gətirməsi hemoqlobinin ağciyərdən oksigeni bədənin toxumalarına çatdırmaq qabiliyyətini itirməsinə səbəb olur. İnsan nə qədər çox dəm qazı ilə nəfəs alsa, onun orqanizmi o qədər az oksigenlə təchiz olunur və o, boğulmağa başlayır, başağrısı əmələ gəlir, qusma baş verir, onun şüuru qarışır. Kəskin formada dəm qazı ilə zəhərlənmə insanın huşunu itirməsinə və tənəffüs mərkəzinin iflic olması nəticəsində onun ölümünə səbəb ola bilər.

Dəm qazı ilə zəhərlənmədən necə qorunmaq olar?

Dəm qazı ilə zəhərlənmədən qorunmaq üçün

* Pəncərələri açıq qoymaqla mənzilin havasını tez-tez dəyişmək lazımdır

* Sobalar, kaminlər, tüstü boruları və ventilyasiya sistemi yaxşı işləməlidir

* Hava axınının hamama rahat daxil ola bilməsi üçün hamamın qapısının aşağısında geniş deşiklər olmalıdır (hamamın qapısında deşiklər olmadıqda qapını azca aralı saxlamaq məsləhət görülür)

* Yuyunarkən hamama yaxın olan pəncərəni açıq saxlamaq lazımdır


* Ailənin digər üzvləri mənzildə olarkən hamamdan istifadə etmək daha məsləhətdir və yaxşı olar ki, uzun zaman keçdikdə onlar hərdən səslənərək hamamdan istifadə edən kəslərdən hər şeyin düzgün olub-olmadığını xəbər alsınlar

Dəm qazı ilə zəhərlənənlərə ilk yardım

Dəm qazı ilə zəhərlənənlərə ilk yardım etmək üçün öncə aşağıda göstərilənləri yerinə yetirmək lazımdır:

* Dəm qazını yaradan səbəbi aradan qaldırılmaq, yəni yanacağı söndürmək

* Dəm qazı ilə zəhərlənən şəxsi tez təmiz havaya çıxarmaq

* Həkim çağırmaq

* Əgər zəhərlənən şəxsin huşu özündədirsə, onu uzatmalı və onu təmiz hava ilə davamlı təmin etməli (qəzet vasitəsi ilə yelləmək, sərinkeşi işə salmaq)

* Əgər zəhərlənən şəxs huşsuzdursa, təcili yardım gələnədək və ya o özünə gələnədək ona süni nəfəs verilməli, ürəyi masaj edilməlidir

Xəsarət alanı təhlükəli zonadan çıxararkən ilk növbədə özünüzü dəm qazı ilə zəhərlənmədən qorumağı unutmayın. Bunun üçün tez hərəkət etməli və cib dəsmalı, yaxud tənzif vasitəsilə nəfəs almaq lazımdır.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!