İstanbulda nələr müzakirə olundu.. - DETALLAR .....                        Avropada daha 3 medal .....                        Yaratdığımız qol fürsətlərindən lazımınca istifadə edə bilmədik .....                        İstanbulda sülh danışıqları başa çatdı - YENiLƏNİB .....                        Türkiyədə faciə - Meşə yanğınlarında 10 nəfər öldü .....                        "Zirə" "Hayduk"la ilk oyunda heç-heçə edib .....                        Nərimanovda tikilən evlərə görə cinayət işi açıldı - RƏSMİ .....                        Bakı–Qazax yolunda ağır qəza - 10 nəfər yaralandı .....                        Dəniz daha bir can aldı .....                       
Tarix : 6-11-2023, 13:29
Türk Xəbər Agentlikləri Alyansının yaradılmasıyla bağlı Bəyannamə imzalandı


Türk Xəbər Agentlikləri Alyansının yaradılmasıyla bağlı Bəyannamə imzalandı

İstanbulda Türk Xəbər Agentlikləri Alyansının (ATNA) yaradılması barədə Bəyannamə imzalanıb.
Sənəd Türkdilli Dövlətlərin Xəbər Agentliklərinin Media Zirvə görüşündə imzalanıb.
“Media və gələcəyə baxışda birlik” mövzusunda baş tutan tədbirdə ölkəmizi Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri Vüqar Əliyev təmsil edir.
Tədbirin açılış mərasimində çıxış edən Türkiyənin Anadolu agentliyinin İdarə Heyətinin sədri və Baş direktoru Serdar Karagöz, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binali Yıldırım türkdilli ölkələrlə bağlı xəbərlərin daha geniş miqyasda çatdırılması və səsimizin daha gur eşidilməsi baxımından birliyin vacibliyini vurğulayıblar. Bildirilib ki, beynəlxalq ictimaiyyətin Türk dünyasına baxışını dəyişəcək ölkələrimizin media birliyi fikirlərimizin, ortaq miras və mədəniyyətimizin dünyaya çatdırılmasında əsas rol oynayacaq.
Çıxışlarda birliyin yaradılması tarixi an kimi qiymətləndirilib, bunun həm də ölkələrimiz arasında qardaşlıq bağlarının daha da güclənməsi baxımından əhəmiyyəti vurğulanıb. Dövlətlərimizin başçıları İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın da iştirakı ilə 2021-ci ildə Türk Dövlətləri Təşkilatının İstanbul Zirvəsi xatırlanıb, bu tədbirin türkdilli ölkələr arasında birliyin əsas dönüş nöqtələrindən biri olduğu bildirilib.
Birliyin ortaq fəaliyyəti daha da gücləndirəcəyini əminliklə ifadə edən natiqlər dezinformasiya ilə mübarizənin də önəmini vurğulayıblar. Qeyd edilib ki, rahat həll olunacaq məsələləri çıxılmaz vəziyyətə gətirən məhz dezinformasiyadır. Dünyada bir sıra ölkələrində islamofobiya, irqçilik halları yaşanmaqdadır. Bəzən haqlı olduğumuz mövzularla bağlı beynəlxalq səviyyədə dezinformasiyalar yayılır. Bu baxımdan ölkələrimizin TDT ətrafında sıx birləşərək dezinformasiyaya qarşı mübarizə aparması çox vacibdir.
Sonra Türk Xəbər Agentlikləri Alyansının (ATNA) yaradılması barədə Bəyannamə imzalanıb.
Zirvə görüşü işini davam etdirir.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!