Köçkün yataqxanasındakı yanğınla bağlı AÇIQLAMA .....                        Bu, həqiqətən yaxşı bir sənəddir - Mirzoyan .....                        Maşın qaz xəttinə çırpıldı, beş kənd qazsız qaldı .....                        Türkiyə Paşinyanı dəstəkləyir - Hakan Fidan .....                        Ötən il 540 nəfər məcburi Azərbaycana gətirilib .....                        Naxçıvanda vəzifəli şəxs işdən çıxarıldı - Yeni təyinat .....                        Azərbaycandakı sayt və sosial şəbəkələrdə əxlaqsız paylaşımlar QADAĞAN EDİLDİ .....                        Bəzi həkimlərin maaşına əlavələr veriləcək - QƏRAR .....                        1184 əcnəbi Azərbaycandan çıxarılıb .....                       
Tarix : 1-09-2024, 14:23
Azərbaycanla Ermənistan arasında "sülh sazişi" - 17 maddə var, 13-ü razılaşdırılıb


Azərbaycanla Ermənistan arasında "sülh sazişi" - 17 maddə var, 13-ü razılaşdırılıb

Ermənistan Baş naziri Nikol Paşinyan ötən gün Karen Dəmirçyan adına İdman Konsert Kompleksində mətbuat konfransı keçirib.
O, mətbuat konfransında Azərbaycan və Ermənistan arasında müzakirə olunan sülh müqaviləsi layihəsi barədə bir sıra detalları açıqlayıb.
Paşinyanın sözlərinə görə, müzakirə olunan layihə 17 bənddən ibarətdir. Preambula daxil olmaqla bəndlərin 13-ü razılaşdırılıb. Daha üç bənd birdən çox cümlədən ibarətdir və əksəriyyətinin lüğət tərkibi barədə razılıq əldə olunub.
Ermənistan Baş naziri razılaşdırılmış maddələrin sülh müqaviləsi kimi imzalanmasını təklif edib.
“Biz bunu mümkün hesab edirik, çünki Ermənistanla Azərbaycan arasında sülhün bütün fundamental prinsipləri orada qeyd olunub. Biz hazırda razılaşdırılmış bəndləri imzalamağı və ratifikasiya etməyi və bütün digər mümkün məsələlərin müzakirəsini davam etdirməyi təklif edirik”, - Paşinyan deyib.
O qeyd edib ki, saziş imzalandıqdan sonra iki ölkə arasında diplomatik münasibətlər qurulacaq və bu, bütün digər məsələlərin müzakirəsi üçün əlavə platforma rolunu oynayacaq.
Paşinyan sözügedən 13 maddənin mahiyyətini açıqlamaqdan imtina edib: “Bu, məxfi sənəddir və o maddələrin sahibi təkcə biz deyilik”.
Onun sözlərinə görə, sülh müqaviləsi layihəsinin razılaşdırılmış müddəalarından biri budur ki, tərəflərdən heç biri sazişin müddəalarına əməl etməmək üçün öz daxili qanunvericiliyinə müraciət edə bilməz.
Qeyd edək ki, rəsmi Bakı Paşinyanın sonuncu açıqlamasına reaksiya verib. “Ermənistan tərəfinin sülh müqaviləsi layihəsində mövcud olan “heç bir tərəf sülh sazişi çərçivəsində öz öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar öz daxili qanunvericiliyinə istinad edə bilməz” müddəasını qeyd edərək, bu ölkənin Konstitusiyasında mövcud olan ərazi iddiasının zərərsiz olduğunu bildirməsi də tamamilə əsassızdır. Bir daha qeyd edirik ki, heç bir beynəlxalq sazişin Konstitusiyadan üstün olmadığı hər kəsə yaxşı məlum olan faktdır. Məhz buna görə də, Ermənistan tərəfinin “sülh sazişi” layihəsini hansı formada imzalamaq niyyətindən asılı olmayaraq, Azərbaycanla Ermənistan arasında real və davamlı sülh müqaviləsinin imzalanması üçün əsas şərt, başda “Ermənistan və Dağlıq Qarabağın birləşməsi”nə çağıran Ermənistanın Müstəqillik Aktına açıq şəkildə istinad edən Ermənistan Konstitusiyası olmaqla, bu ölkənin çoxsaylı hüquqi və siyasi sənədlərində təsbit edilmiş Azərbaycana qarşı davam edən ərazi iddialarına son qoyulmasıdır”, - XİN-in mətbuat katibi Ayxan Hacızadə deyib.
Xatırladaq ki, Ermənistan və Azərbaycan arasında müzakirə olunan sülh layihəsi "Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş" adlanır.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!