Ermənistanda poliqonda partlayış: hərbçi öldü .....                        Gəncədə 41 yaşlı kişi bıçaqlandı .....                        Kərəclə Tehranı birləşdirən körpünü vuruldu - 8 ölü, 95 yaralı .....                        Azərbaycanla Rusiya arasında hərbi-texniki əməkdaşlıq müzakirə olunub .....                        Elvin Cəfərquliyev "FIFA Series - 2026"in oyunçularından biri seçildi .....                        Salyanda dördotaqlı ev kül oldu .....                        Hörmüzdən keçiddə rüsum ideyasını 40-dan çox ölkə rədd etdi .....                        Tramp onu vəzifəsindən azad etdi .....                        İran və Rusiyanın baş diplomatları nə danışdılar? .....                       
Tarix : 17-03-2025, 15:07
Azərbaycan və Rusiya Parlamentlərarası Əməkdaşlıq Komissiyasının iclası keçirilib


Azərbaycan və Rusiya Parlamentlərarası Əməkdaşlıq Komissiyasının iclası keçirilib

Milli Məclis və Rusiya Federasiyası Federal Məclisinin Parlamentlərarası Əməkdaşlıq Komissiyasının 22-ci iclasının açılış mərasimi keçirilib.
İclasda Milli Məclisin sədri Sahibə Qafarova və Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matvienko iştirak edib.
Sahibə Qafarova deyib ki, Valentina Matviyenkonun Azərbaycana səfəri ölkələrimizin parlamentləri arasındakı münasibətlərə təkan verəcək: “Valentina Matviyenko ilə görüşdə hər iki tərəfi maraqlandıran məsələləri müzakirə etdik. Ölkələrimizin parlamentləri arasında mövcud dialoq münasibətlərimizin inkişafında mühüm rol oynayır. Çoxtərəfli əməkdaşlıqda MDB-nin Parlamentlərarası Assambleyasının da rolu böyükdür. Bu platforma qarşılıqlı səmərə verən əlaqələrin inkişafında böyük təkan verəcək. Qarşılıqlı səfərlər dövlətlərarası konstruktiv əməkdaşlığın mühüm aspektidir. Parlamentlərarası Əməkdaşlıq Komissiyasının fəaliyyəti Azərbaycanla Rusiya arasında siyasi və iqtisadi əlaqələrin inkişafına, eləcə də ümumi problemlərin həllinə təkan verməklə, əməkdaşlığın daha da irəliləməsinə şərait yaradır. Komissiyanın bugünkü iclasında ticari-iqtisadi və regionlararası əməkdaşlığın aktual məsələləri müzakirə ediləcək. Bu məsələlərin müzakirəsi xalqlarımız arasındakı münasibətlərin inkişafına şərait yaradacaq”.
Rusiya Federal Məclisinin Federasiya Şurasının sədri isə ölkələrimiz arasında münasibətlərin əsasının Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti dövründə əsası qoyulduğunu söyləyib. Eyni zamanda ikitərəfli münasibətlərin inkişafında həm regionlararası, həm də transsərhəd əməkdaşlığı mühüm rolundan, eləcə də Azərbaycanda Rusiyanın Turizm Bürosunun açılmasının önəmindən danışıb.
Valentina Matviyevko ölkəsinin Azərbaycandan olan tələbələr üçün təhsil təqaüd proqramlarını artırmaqda maraqlı olduğunu nəzərə çatdırıb: “Azərbaycan gənclərinin Rusiyanın təhsil təqaüdü proqramlarına marağı böyükdür. Əgər təqaüd proqramlarının sayını artırmaq lazımdırsa, biz buna hazırıq. Biz birlikdə olanda istənilən problemlərin öhdəsindən gəlirik. Azərbaycan hökumətinə praqmatik siyasət yeritdiyi üçün təşəkkür edirəm. Münasibətlərimizin inkişafında həm regionlararası, həm də transsərhəd əməkdaşlığı mühüm rol oynayır”.
Rusiya Federal Məclisinin Federasiya Şurasının sədri qeyd edib ki, Komissiyanın gündəliyindəki önəmli məsələlərdən biri də iqlim dəyişikliyi məsələsidir: “Çünki həm sosial inkişaf, həm də əhalinin inkişafı bu məsələdən asılıdır. Avropa İttifaqı 800 milyard avronu silahlanmaya sərf edir, gəlin bu vəsaiti təmiz ekologiya və əməkdaşlığın inkişafına xərcləyək. Biz MDB ölkələri ilə eyni havanı uduruq. Bundan isə gizlənmək mümkün deyil”.
Valentina Matviyevko çıxışında Azərbaycanda Rus dilinin və mədəniyyətinin inkişafındakı səylərinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!