ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                       
Tarix : 12-04-2019, 14:23
Birinci vitse-prezident Valentina Matviyenko ilə görüşüb — FOTO
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ölkəmizdə rəsmi səfərdə olan Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.
Butov.az "Ölkə.Az"-a istinadən xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonu Azərbaycanda səmimi qəlbdən salamlayaraq, onun ölkəmizdə hər zaman arzuedilən qonaq olduğunu dedi. Mehriban Əliyeva rusiyalı qonağı yubileyi və təltif edildiyi mükafatlar münasibətilə təbrik etdi, Valentina Matviyenkoya möhkəm cansağlığı, gələcək fəaliyyətində yeni nailiyyətlər arzuladı.
Birinci vitse-prezident Rusiya Federal Məclisi Federasiya Şurası sədrinin gördüyü işlərin əhəmiyyətini xüsusi vurğuladı, bu fəaliyyətin Azərbaycan ilə Rusiya arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə mühüm töhfə olduğunu dedi.
Azərbaycanda yenidən olmaqdan məmnunluğunu ifadə edən Valentina Matviyenko, ölkəmizə həmişə xoş niyyətlə gəldiyini söylədi. Qonaq Azərbaycanda göstərilən qonaqpərvərliyə və diqqətə görə minnətdarlığını bildirdi.
Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdüyünü, bu görüşün onun üçün böyük şərəf olduğunu bildirdi. Qonaq Prezident İlham Əliyev ilə Azərbaycan-Rusiya əlaqələrinin gələcək inkişafına dair fikir mübadiləsinin aparıldığını qeyd etdi.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!